“Prezident Laçından bütün suallara aydınlıq gətirdi”

16:00 30-05-2023 | icon 1000 | Siyasət
“Prezident Laçından bütün suallara aydınlıq gətirdi”

Razi Nurullayev: "erməniləri “sülhə razı salmaq” asan olmayacaq, lakin Azərbaycanın da hədəfləri bəllidir"

 

Regionun geosiyasi mənzərəsində Ermənistanın sülhə gətirilməsi prosesində Avropanın, ABŞ və Rusiyanın meydanda a yordu-yordi, yordu, görək kim-kimi yordu” bəhsinə ortalığı qarışdırmağa çalışdıqları görünür. Oyun qızışdıqca, beynəlxalq vasitəçilərin sayını çoxaltmağa çalışan, başqa dövlətin torpağına sərsəm iddilar edən Ermənistana bu dəfə Laçından xəbərdarlıq mesajları verildi. Həmin oyunçuların, ermənilərin Prezidentin bu xəbərdarlıqdan hansı nəticəni çıxaracağı Ermənistanın baş naziri və Azərbaycan lidernin növbəti Kişinyov görüşündə bəlli olacaq. Gözləntilər nədir?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən Milli Məclisin deputatı Razi Nurullayev müəyyən detallara diqqət çəkib.

 

- Razi bəy, maraqlıdır, Prezidentin bu dəfə Laçından erməni və ermənikimilərə verdiyi mesajların hansı əhəmiyyəti var?

 

- Təbii ki, bunun çox mühüm əhəmiyyəti var. Çünki bu günə qədər Azərbaycan cəmiyyətində və vətəndaşlarında belə bir sual var idi: Qarabağdakı separtçıların taleyi necə olacaq; bundan sonra Azərbaycanın düşündüyü və atmaq istədiyi addımlar hansılardır.

Prezident aydınlıq gətirdi ki, artıq beynəlxalq aləm də Azərbaycanın yaratdığı reallığı qəbul edib. Bunun nəticəsində də onlar artıq Qarabağ üçün heç bir status, xüsusi bir yanaşma tələb etmirlər. Sadəcə, bu gün qarşılıqlı olaraq azərbaycanlıların və etnik ermənilərin hüquqlarından danışıla bilər. Separatçılar Azərbaycan qanunlarına tabe olmalı, silahı yerə qoymalıdırlar. Yalnız bundan sonra onların məsuliyyətlərinin yüngülləşdirilməsindən söhbət gedə bilər. Çünki Azərbaycan ərazisində bu günə qədər gərginlik yaradan ermənilərin əfv olunması məsələsi hamısına aid edilə bilməz. Orada separatçı dəstələrdə elələri var ki, əlləri azərbaycanlıların qanına batıb, onlar separatizm yuvası yaradaraq 30 il həm erməni xalqına, həm də Azərbaycan xalqına məşəqqət yaradıblar. Bu baxımdan o qrupların taleyi ilə bağlı qərar vermək elə də asan olmayacaq. Amma istənilən halda o da aydındır ki, artıq onların taleyini Azərbaycan həll edəcək. Mən hesab edirəm ki, cəmiyyətimiz üçün həm də bu məsələyə çox gözəl aydınlıq gətirildi. Bir daha əmin olduq ki, artıq Azərbaycan özünün sərhəd baxımından ərazi bütövlüyünü tam olaraq bərpa edib. Bu da sevindirici bir xəbər oldu.

 

- Üçtərəfli sazişə əsasən öhtəlikər götürən Rusiya niyə üzərinə düşəni edib, erməni silahlılarını ərazidən çıxarmır və yaxud danışıqların Qərbə yuvarlanmasını arzu etməyən Rusiya niyə Ermənistanı sülhə gətirən konkret addımlar atmaq istəmir?

 

- Qeyd edim ki, Rusiya da bu reallığı qəbul etməyə başlayıb. Gördüyünüz kimi Rusiya artıq “status” məsələsini gündəmə gətirmir. Belə deyək ki, Ermənistan tərəfi də Azərbaycanın ərazi bütövlüyünü tanıyandan sonra ortada “status” və sair kimi məsələlər qalmır. Rusiya öz sülhməramlılarının Qarabağda qalmasına çalışacaqsa, Azərbaycanın da bununla bağlı deməyə sözü var. Həm də nəzərə alaq ki, Türkiyədə keçirilən seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi də Azərbaycanın imkanlarını çox genişləndirdi. Belə demək olar ki, Azərbaycan artıq çox sərbəst və azad şəkildə istədiyini həyata keçirmək iqtidarındadır. Çünki Rusiya da Türkiyə ilə münasibətləri korlamaq istəməz. O baxımdan, vasitəçilər də ancaq və ancaq ordakı separatizmin yatırılması və separatçıların məhv olması ilə bağlı söhbətlər apara bilərlər. Ola bilsin ki, Rusiyanın bu məsələlərdə fikirləri digər vasitəçilərdən bir az fərqlənsin. Amma onların da, Rusiyanın da Azərbaycanın qətiyyətli mövqeyinə təsir etmək imkanları get-gedə aradan qalxır.

 

- Kişinyov görüşü bu danışıqlar prosesinə nə vəd edir?

 

- Bundan əvvəl də Ermənistan tərəfi, Azərbaycan və digər beynəlxalq tərəfdaşlar qeyd edirdilər ki, iyunun 1-də Kişinyovda Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Mən hesab edirəm ki, hərtərəfli sülh sazişinin imzalanması çətin olacaq. Hər hansı bir sənəd imzalana bilər, amma ümumilikdə bu, çərçivə razılaşması ola bilər. Çərçivə sazişi - biz bu çərçivəni qəbul edirik ki, bir-birimizin ərazi bütövlüyünü tanıdıq, ərazi iddialarımız yoxdur prinsipini ortaya qoyur. Eyni zamanda Azərbaycanın, Ermənistanın ərazi bütövlüyü, sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı digər müddəalar da ola bilər. Həmin Almaniya deklarasiyasında yazılan tərəflərin bir-birinin o ərazi çərçivəsində bütövlüyünü qəbul etməsi təsdiqlənə bilər. Bu çərçivə sazişi belə deyək ki, sklet rolunu oynayacaq, amma onun içərisi boşdur. Deyək ki, skletdir, daxili orqanları  yığılmalıdır. Bu da asan bir proses deyil. Bunun üçün də çərçivə sülh sazişi imzalanmalı, sonra hər iki tərəfin maraqlarına cavab verəcək, yaxud onları razı salacaq səviyyəyə gətirilməlidir. Bunun üçün də ən azı 7-8 ay, 1 il vaxt gedəcək. Bu heç də asan başa gəlmir. Çünki Azərbaycanın da Ermənistana qarşı ciddi tələbləri və iddiaları var. Bu 30 ildə onların başımıza gətirmədikləri oyun qalmadı.

Ermənistan tərəfi həm ərazi bütövlüyü, həm də xəritələr,  Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı məsələləri ortaya ataraq ziddiyyət yaratmağa çalışır. Buna görə də görünən odur ki, erməniləri “sülhə razı salmaq” heç də asan olmayacaq. Lakin bütün hallarda Azərbaycanın hədəfləri bəllidir. Azərbaycan öz ərazilərinin təhlükəsziliyini, suverenliyini bərpa etməlidir. Bunun üçün birinci növbədə erməni silahlıları ərazidən çıxarılmalı və üçtərəfli sazişdə göstərilən digər müddüəlar yerinə yetirilməlidir. Azərbaycan beynəlxalq hüququn ədalətinə güvənərək bunun üçün çox gözləməyəcək. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI