"İcra başçılarının ictimai nüfuzu aşağı düşüb"

19:53 06-12-2021 | icon 379 | Cəmiyyət
"İcra başçılarının ictimai nüfuzu aşağı düşüb"

Ələsgər Məmmədli: “Hökumət bu istiqamətdə yanaşmanı konkretləşdirsə, çox yaxşı olar”

 

“Qarabağ iqtisadi zonasında idarəetmənin bir mərkəzdən koordinasiya olunmasını uğurlu hesab etmək olar. Çünki azad olunmuş ərazilərdə vəziyyət və problemə yanaşma eynidir. Həmin ərazilərdə minalanmış sahələr, hərbçilərin kontrol məsələləri, müharibənin nəticələrinin ortadan qaldırılması problemləri və paralel olaraq qaçqın və məcburi köçkünlərin gələcəkdə geri qayıtması və sair məsələlər var. Ərazidə vahid ortaq hərəkət olacaqsa, bu, vəziyyətin tək əldən koordinasiya olunması və proqramlaşdırılmasını effektiv edə bilər”.

 

Versus.Az xəbər verir ki, bunu hüquqşünas Ələsgər Məmmədli iqtiqadi zonalara Prezidentin xüsusi nümayəndəsinin təyin olunması zərurəti və paralel icra strukturlarında baş verən yenilənmələrin hüquqi aspektlərinə diqqət çəkərkən bildirib.

 

Hüquqşünas bildirib ki, son bir neçə ildə icra başçılarının ictimai nüfuzu aşağı düşüb. Onun fikrincə, 8 icra başçısının rüşvət və korrupsiya ilə bağlı həbsi, idarəetmədə ciddi şəkildə islahata ehtiyac olduğunu göstərir. 

 

Ə.Məmmədli hesab edir ki, mərkəzdən idarəetməni qismən azaldıb yerli özünü idarəetməni artırmaq, bələdiyyələrin və yerli strukturların seçilməsinə üstünlük vermək lazımdır:

“Demokratik inkişaf etmiş dünya sistemini yaxalamaq istəyiriksə, o zaman bölgələrdə yerli idarəetmələrin təşviqini aparmaq lazımdır. Bu, seçkili olarsa, idareedici orqan hesab verən və ictimai nəzarətə açıq olar. İndiki icra başçıları mərkəzdən təyin olduğu üçün özlərini padşah kimi aparırlar. Hesab edirlər ki, onları bura təyin ediblərsə, nə istəsələr onu edə bilərlər. Halbu ki seçilmiş insanın öz seçiciləri qarşısında bir öhdəliyi var. Bu mənada mərkəzi icra hakimiyyətlərinin mahiyyəti ilə yerli idarəetmənin mahiyyətini hansısa formada eyniləşdirib islahata gedilməlidir. İcra hakimləri seçki yolu ilə seçilməlidir. Bunun üçün Konstitusiyanın dəyişikliyi lazımdır”.

 

Hüquqşünas hesab edir ki, artıq bunun vaxtı yetişib. Onun fikrincə, böyük şəhərlərin idarəetməsi də bu çərçivəyə daxildir, kiçik ərazilərin də.

 

Ə.Məmmədli bu gün kommunal, rabitə, mədəniyyət, ekologiya, təhsil, sosial və s. sahələr üzrə  hər bir məsələnin mərkəzləşdirilmiş qaydada dövlətdən idarə olunmasına diqqət çəkib. Onun sözlərinə görə, belə olan halda bütün fundamental yerli idarəetmə funksiyaların hamısını dövlət öz üzərinə götürmüş olur:

“Konstitusiyamızda Bələdiyyə İnstitutu nəzərd tutulsa da, hüququ bazası çox zəif formalaşıb. Və hətta Avropa özünü yerli idarəetmə xartiyasında məcburi olaraq bələdiyyələrə verilməli olan səlahiyyətlərin bir çoxu verilməyib.  Bu istiqamətdə bələdiyyələrin modeli, statusu, səlahiyyətli genişləndirilməlidir. Xüsusilə, bir çox xidmət sektorları yanğınsöndürmə, kommunal infrastrukturu, məktəbəqədər təhsil, sosial məsələlər, yerli əhəmiyyətli yolların inşası, saxlanması, parkların tikilməsi, saxlanılması bələdiyyə xidmətinə daxildir. Dövlət klassik idarəetmə funksiyasına- təhlükəsizlik məsələlərinə, xarici əlaqələr və vahid büdcə, maliyyə məsələlərinə nəzarət etsə, daha məqsədəuyğundur. Təməl təhsilin bəlli bir hissəsinin dövlətdə olması normaldır. Bunun xaricində dövlət bir çox sahələrdən çəkilməlidir”.

 

Ə.Məmmədli son dövrlər Prezidentin xüsusi nümayəndəlik institutlarını inkişaf etdirməyə başladığını qeyd edərək, bunu irəliyə doğru addım adlandırıb:

“Bu addımları əvvəl İçəri Şəhərdə, sonra Şuşada, Qarabağda gördük. Konstitusiyada Prezidentin nümayəndəlik institutu yoxdur. Lakin görünür ki, Prezident yüksək icra funksiyasını yerinə yetirmək üçün belə bir addıma ehtiyac duyub”.

 

Ə.Məmmədli bu gün diqqət çəkən məqamlardan biri kimi bəzi mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətlərinin fabrik hüquqi şəxs statusuna keçirildiyini deyib. Onun fikrincə, burda klassik dövlət xidmətləri formatı dəyişir və həm də kommersiya ilə bir az iç-çə keçir. Hüquqşünas hesab edir ki, bunun nə dərəcədə effektiv olacağını indidən demək çətindir:

"Finksional dövlət işini xidməti işdən ayırmaq lazımdır. Bəzən vətəndaşa xidmət etməli olan dövlət işi xidməti işə keçir və vətəndaşı müştəri kimi görməyə başlayır. Tənzimləmə və xidmətgöstərmə bir əldə olmamalıdır.  Bu, rəqabətli mühiti baltalayar, inkişaf olmaz. Tənzimləyici, tənzimləyici xidmət də xidmət yerində qalmalıdır. İndiki halda bəzi fabrik hüquqi şəxslərin həm tənzimləmə, həm də cərimə xidmət funksiyası var. Bu da çaşbaşlıq yaradır və düşünürəm ki, bu istiqamətdə daha aydın vizyona ehtiyac var. Hökumət bu istiqmətdə yanaşmasını konkretləşdirsə, çox yaxşı olar”. /hafta.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi