Yüksək vəzifəli şəxs işdən çıxarıldı
Dövlət Sığorta Kommersiya Şirkətinin sədr müavini vəzifəsindən azad olunub.
Versus.Az xəbər verir ki, 1989-cu ildən Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsində çalışan Hacıyev Aftandil Əskər oğlu müvafiq əmrlə yaş həddi ilə əlaqədar işdən çıxarılaraq təqaüdə göndərilib.
Qeyd edək ki, Aftandil Hacıyev 1944-cu ildə Tovuz rayonunda anadan olub. O, 1967-ci ildə Mərkəzi Əmanət kassasında kontroller, 1968-ci ildə Dövlət Sığorta İdarəsinin Şəxsi Sığorta Şöbəsində inspektor vəzifəsinə təyin olunub. 1989-cu ildə Dövlət Sığorta İdarəsinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Fərhad Adıgözəlovu Dövlət Sığorta Kommersiya Şirkətinə sədr təyin edib. /“Qaynarinfo”/
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"