Autizm sahəsində yaradılan ilk sayt bərpa edildi

18:22 10-12-2021 | icon 507 | Cəmiyyət
Autizm sahəsində yaradılan ilk sayt bərpa edildi

Bu gün Azərbaycanda autizm sahəsində yaradılmış ilk sayt "autizm.az" saytının yenidən bərpasının təqdimat mərasimi keçirilib.



Versus.Az xəbər verir ki, tədbir Azərbaycanın dövlət himni ilə açılıb, şəhidlərimizin və helikopter qəzasında həlak olan 14 nəfər zabitimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.



"Autizm. az" saytı yenidən işıq üzü gördü



İlk olaraq tədbirdə çıxış edən Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli (Qəzənfərqızı) qonaqları təqdim edib.



Tədbirdə Beynəlxalq Əlillər Cəmiyyətinin sədri, "Əlillər Dünyası" qəzetinin baş redaktoru,Turan Dünyasi İctimai Birliyinin sədri Tahir Xudiyev, Azərbaycanda ilk Uşaq təşkilatının rəhbəri, saysız kimsəsiz uşaqlara sahib duran, onlara təhsil verən, təmənnasız olaraq maddi və mənəvi yardımlar edən Gülər xanım Əhmədova, İstedadlı Əlillər İctimai Birliyinin nümayəndəsi Rafael Quliyev və digər təşkilat nümayəndələri iştirak ediblər.



"Autizm. az" saytı yenidən işıq üzü gördü



Tədbirdə çıxış edən Beynəlxalq Əlillər Cəmiyyətinin sədri, "Əlillər Dünyası" qəzetinin baş redaktoru,Turan Dünyasi İctimai Birliyinin sədri Tahir Xudiyev 2008-ci ildə dəfə Beynəlxalq səviyyədə ilk autizm konfransı keçirməyindən, autizmi gündəmə gətirməyindən danışıb.



Sonra Gülər Əhmədova autizmin psixoloji problem olmağından və onun həlli yollarından danışıb.



Daha sonra çıxış edən Mərkəzin mütəxəssisi, pedaqoq-psixoloq Samirə Mustafayeva saytı tədbir iştirakçılarına təqdim edib.

 

Təqdimatdan sonra tədbir iştirakçıları mövzu ətrafında ətraflı çıxış ediblər.

 

GÖZƏL
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi