DİN-dən şəhid anasının iddialarına CAVAB

13:00 20-12-2021 | icon 439 | Cəmiyyət
DİN-dən şəhid anasının iddialarına CAVAB

“Sosial Şəbəkələrdə Daşkəsən rayon sakini, şəhid anası Sevda Şıxıyevanın Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları barədə səsləndirdiyi fikirlər həqiqətə uyğun deyil”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib.

 

O bildirib ki, dekabr ayının 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Dəstəfur kənd icra nümayəndəsi Lalə Cəfərova DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək özünün və müavini Daşqın Cəfərovun döyülməsi barədə məlumat verib:

 

“Daha sonra Sevda Şıxıyeva sözügedən xidmətə müraciət edərək Daşqın Cəfərov adlı şəxsin sərxoş halda ona hücum etməsini və şəhid ailəsini təhqir etməsini bildirib. Hər iki tərəf daha sonra Daşkəsən RPŞ-yə ərizə ilə müraciət edib. Həmin videogörüntüdə polis əməkdaşları hadisə yerinə ictimai asayişi təmin etmək və tərəfləri sakitləşdirmək üçün gəlib və hər hansı bir qanunazid addım atılmayıb. Onu da qeyd edim ki, hazırda tibbi ekspertiza təyin olunub, faktla bağlı Daşkəsən RPŞ-də araşdırmalar aparılır”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

 Pensiya yaşı dəyişdiriləcəkmi?

Pensiyalarla bağlı bu şəxslər də SEVİNƏCƏKLƏR

“Ermənistan Espo Konvensiyanı kobud şəkildə pozur”

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin FIRILDAQLARI

Zavod, yoxsa Zəngəzur yolunun üzərində tikilən “divar”?

TƏCİLİ: Böyrəyində problemi olanlar bunu oxusun

“Qərar ver, qol vur: Futbol meydanından ofislərə idarəçilik və liderlik dərsləri”

MHB sədri Emin Əmrullayevlə Sadıq Sadıqova niyə təşəkkür etdi?

Erməni həyasızlığının pik nöqtəsi

Deputatdan “Qaydış günü”nün təsis edilməsi ilə bağlı TƏKLİF

Aərbaycanın İraqdakı səfiri üçüncü dəfə Kərkükü ziyarət edib

Apteklərində aparılan yoxlamaların NƏTİCƏSİ

Mübarəkdir zəfərin, Rəcəb Tayyib Ərdoğan!

15-19 yaşlı qızlar arasında qeydə alınan ABORTLAR

Bu ildən Azərbaycan məktəblərində yeni məktəbli FORMALARI