Arzu Əliyeva “Şirməmməd Hüseynov mükafatı”nın qalibi oldu

17:46 20-12-2021 | icon 352 | Cəmiyyət
Arzu Əliyeva “Şirməmməd Hüseynov mükafatı”nın qalibi oldu

“2021-ci il “Şirməmməd Hüseynov mükafatı”nın qalibi artıq məlumdur”.

 

Versus.Az xəbər verir ki, bunu Parlament Jurnalistləri Birliyinin (PJB) sədr müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib.

 

“Nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, Komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın 2021-ci ildəki qalibi Bakı Media Mərkəzinin rəhbəri Arzu xanım Əliyeva oldu”.

 

E.Paşasoy əlavə edib ki, ümumilikdə 8 namizəd irəli sürülüb:

 

“Komissiya üzvləri Zəfər tariximizi səhnələşdirən Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Şuşa, sən azadsan” filminin çox qiymətli bir əsər olduğu barədə yekdil fikrə gəldi.

 

Bakı Media Mərkəzinin son illərdə çəkdiyi filmlər Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilir.

 

Komissiya üzvləri Azərbaycanın baş tacı, mədəniyyət paytaxtımız olan Şuşamızın azadlığına həsr olunmuş “Şuşa, sən azadsan” filmini yüksək qiymətləndirərək, yekunda belə bir qərar verdi. Şuşa qələbəsindən bəhs edən bu film təbliğat baxımından da önəmli rol oynayacaq. Bu mənada belə bir sənət incisinin ərsəyə gəlməsində Arzu xanım Əliyevanın rolu xüsusi qeyd olunmalıdır”.

 

E.Paşasoy qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan tarixi Zəfər, Şuşamızın, digər yurd yerlərimizin azad olunması, 2020-ci ilin 8 noyabrından sonrakı dönəmdə Qarabağda, Zəngəzurda aparılan böyük quruculuq işləri Azərbaycanın tarixində yeni, şərəfli bir mərhələdir:

 

“Əmin edirik ki, bu şərəfli mərhələyə təsadüf edən “Şirməmməd Hüseynov mükafatı”nın növbəti qalibləri də hər kəs tərəfindən məmnunluqla qarşılanacaq, Ustadımızın ruhu şad olacaq”.

 

2020-ci ildə “Şirməmməd Hüseynov mükafatı” Moskvada yaşayan həmyerlimiz, diplomat, araşdırmaçı alim, diaspor fəalı Ramiz Abutalıbova verilib.

 

“Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistlər Birliyinin İdarə Heyətinin 12 noyabr 2019-cu il tarixdə qəbul edilib. Əsasnamədə qeyd olunur ki, “Şirməmməd Hüseynov mükafatı”nın məqsədi jurnalistika sahəsində xidmətləri olan şəxslərin fəaliyyətini dəyərləndirmək, jurnalistikanın cəmiyyət həyatındakı rolunun artırılmasını stimullaşdırmaqdan ibarətdir.

 

“Şirməmməd Hüseynov mükafatı” fəaliyyəti və yaradıcılığı ilə jurnalistikanın inkişafında yüksək xidmətləri olmuş, jurnalistikanın tədrisi sahəsində mühüm nailiyyətlər əldə etmiş şəxslərə, peşə prinsiplərinə riayət etməsi ilə fərqlənən jurnalistlərə, ziyalılara verilir. Mükafat yalnız ölkəmizin hüdudlarını əhatə etməyəcək.

 

Azərbaycanın milli və dövlət maraqlarını beynəlxalq aləmdə layiqincə təmsil edən əcnəbi vətəndaşlar, görkəmli elm xadimləri, tarixi araşdırmaçı və tədqiqatçılar, Azərbaycanın ictimai-ədəbi mühitində nüfuz qazanmış şəxslər, tanınmış mədəniyyət və incəsənət xadimləri də mükafatı qazanmaq üçün namizəd ola bilərlər.

 

Bu mükafatı Azərbaycan dövləti və xalqı qarşısında göstərilmiş xidmətlərin qarşılığında qazanmaq mümkündür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi