Türkiyə seysmoloqları azərbaycanlı həmkarlarına təlim keçəcək
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşlarına təlim keçəcək.
Bu barədə AFAD məlumat yayıb.
"Dost və qardaş ölkə Azərbaycanla təbii fəlakətlər sahəsində əməkdaşlığımız möhkəmlənməkdə davam edir. Azərbaycan Milli Elmlər Akademiyasının Seysmik Müşahidə Mərkəzindən ölkəmizə gələn 5 nəfər işçiyə rəhbərliyimz və öz sahəsində mütəxəssis olan akademiklərimiz tərəfindən seysmologiya üzrə təlimlər keçiriləcək”, - Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatında bildirilir.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"