Həyəcan TƏBİLİ

12:24 22-12-2021 | icon 432 | Cəmiyyət
Həyəcan TƏBİLİ

Azərbaycanda əksər ailələr bir uşaqla kifayətlənir

 

“Azərbaycanda son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur”.

 

Versus.Az xəbər verir ki, bu barədə “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqatının nəticələrində qeyd edilir.

 

Bildirilib ki, çoxuşaqlı ailələrin sayının azalması və təkuşaqlıların sayının artması narahatlıq doğuran tendensiyalardandır:

“Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir. Müasir dövrdə uşaq böyütmək, hərtərəfli təhsil vermək, gələcəyini təmin etmək çətindir. Belə olduqda əksər ailələr bir uşaqla kifayətlənir. Bu gün Azərbaycanda ailə strukturu uşaqların sayı baxımından tamamilə fərqlidir. Təkuşaqlı ailədə uşaq valideynlərin əzizlədiyi yeganə qayğı və diqqət obyektinə çevrilir, bu da çox hallarda uşağın müstəqillik və yetkinlik şüurunun formalaşmasının gecikməsinə səbəb olur. Müasir ailə modelində ailə quranların fərdi seçimi üstün meylə çevrilib. Ailə qurmaq və boşanmaqla bağlı seçimlər də fərdi verilir”. 

 

Nəticələrdə eyni zamanda, qeyd edilib ki, Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulması, yəni qız uşaqlarının seleksiya abort edilməsi nəticəsində doğuş üzrə təbii cins balansının pozulması yönündə təəssüfedici tendensiyada ölkəmiz “dünya 1-cisi” olmağa doğru gedir:

“Azərbaycanda doğulan uşaqlarının sayının çoxalması, əhalinin maskulinizasiyası tendensiyasının dəyişməyəcəyi təqdirdə “demoqrafik maskulinizasiya” kimi hadisə baş verə, həmin həddən sonra gender balansı düzəlsə belə nəticələrin aradan qaldırılması olduqca mürəkkəb ola bilər. Nəticədə genefonduna dəyməsi baş verə bilər. Ən optimist ssenariyə görə 2050-ci ilə qədər mövcud vəziyyəti - cinslərarası balansı dəyişmək mümkün olmayacaq”.

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi