Şaxtalı havada baş ağrısının SƏBƏBİ

11:11 24-12-2021 | icon 402 | Sağlamlıq
Şaxtalı havada baş ağrısının SƏBƏBİ

Şaxtalı havada baş ağrısına səbəb dərinin həssaslığıdır.

 

Bu barədə rusiyalı nevroloq və neyrofizioloq Aleksandr Budik bildirib.

 

Onun sözlərinə görə, insan isti müəssisədən soyuq yerə çıxarkən qəfil baş ağrısı başlaya bilər, ancaq bunun beyin damarlarının vəziyyəti ilə heç bir əlaqəsi yoxdur:

 

“Beynin damarlarının özünəməxsus, xüsusi tənzimlənməsi var. Üst, sistolik qan təzyiqi 200-ə yüksələnə qədər, beyində qan axını sabitləşdirən sistemlər adekvat işləyir və soyuqda da damarlara heç bir şey olmur. Yalnız bu göstəricidən yuxarı halda requlyasiya pozulur və baş ağrısı yüksək qan təzyiqi ilə əlaqəli olur".

 

O, soyuq havada baş ağrısının dəri reseptorlarının həssaslığından asılı olduğunu deyib:

 

“Əgər həssaslıq yüksəkdirsə, reseptorlar soyuqda çox qıcıqlana bilər. Bunun qarşısını almaq üçün sadəcə papaq taxmaq lazımdır”.

 

O, konkret baş ağrısından da danışıb:

“Soyuq bir şey, məsələn, dondurma yeyəndə baş ağrısı ola bilər. Belə ki, ağızdakı həssas sonluqlar o qədər qıcıqlanır ki, baş ağrısı başlayır, bu xüsusi bir simptomdur”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xunta rejiminə dialoq təklifinin LİMİTİ BİTDİ

“...Sonra Rusiya sülhməramlıları sakitcə Qarabağdan çıxacaq”

Mərkəzi Asiya Dövlət Başçılarının QARDAŞLIQ BAĞLARI

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib

MMP “Türk şəhidliyi” abidəsini ziyarət etdi

Kiçik əməyimə verilən ən böyük MÜKAFAT

Laçında 32 ildən sonra İLK ZƏNG

İkinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək

"Partiyalara imkanlar açılıb və biz bundan faydalanacağıq"

"Tərksilah olmasalar Azərbaycan antiterror əməliyyat keçirəcək"

“Sərt və qəti addımlar atılacağı şübhəsizdir"

Bu deputatın seçki dairəsi ləğv ediləcək?

“Cavablarını verib yerlərində otuzdurmağın vaxtı çatıb”

“Hər sahədə üstünlüklərə malik olan Azərbaycanın qarşısında cılız Ermənistan nə edəcəkdi ki?”

“Yadplanetlilərin cəsədləri”nin sirri