Qalib dövlətin qalib sərkərdəsi olan ölkədə yaşamaq gözəldir
“Prezident Rusiyanın 21 ildə nail olduğunu 44 gündə əldə etdi”
Bu gün Prezident İlham Əliyevin doğum günüdür. 60 yaşını qeyd edən dövlət başçımız ötən illərdə hər kəsə örnək ola biləcək olduqca zəngin və mənalı bir ömür yolu keçib. Ölkə başçısının dövlətin inkişafı naminə yürütdüyü daxili və xarici siyasətin uğurlu nəticələri bu gün Azərbaycanımızda Mədəniyət, Elm, Humanitar, Səhiyyə, Din, Gənclər, Ətraf mühit, İqtisadi siyasət və sair ölkəmiz üçün strateji mühuüm istiqamətlərdə öz imzası ilə seçilir və qlobal dünyaya özünün töhfələrini verməkdədir. İlham Əliyev dövlət rəhbəri olaraq apardığı qətiyyətli siyasət, gərgin əmək sayəsində Azərbaycan bayrağını dünyanın əksər ölkələrində, beynəlxalq arenalarda yüksəklərə qaldırdı.
Bu gün ölkənin bir qrup ictimai-siyasi xadimləri Azərbaycan Prezidentinin bir dövlət başçısı, siyasi lider, Ali Baş Komandan, yüksək xarizması olan bir şəxsiyyət kimi portretini bir daha cızdılar. Onlar "AZƏRBAYCAN PREZİDENTİNİN SİYASİ LİDER KİMİ XARİZMASI Portretini necə görürsünüz” - sorğusu ətrafında öz mülahizələrini bildirməklə maraqlı nüanslara toxundular:
“... Bax, budur İlham Əliyev obrazı...”
Milli Məclisin sədr müavini Fəzail İbrahimli:
“Cənab Prezidenti 60 yaşı münasibəti ilə təbrik edirəm, ona uzun ömür, cansağlığı və həyatında gözəl günlər arzulayıram. Qoy bu xalqa, bu millətə gətirdiyi o sevincin gözəl duyğularını övladları ilə hiss etsin, yaşasın.
İlham Əliyev bu dövlətin rəhbəri, respublikanın Prezidentidir. O, ayağısayalı, ruzili bir insan kimi dünyaya gəlib. İlham Əliyev elə bir zamanda hakimiyyətə gəldi ki, Azərbaycan çox gücsüz, büdcəsi zəif , işğal altında, dünya dövlətlərinin təzyiqi altında yaşayan, haqqını sübut etməyə çalışan, fəryadı yerə-göyə sığmayan, iqtisadi cəhətdən gücsüz, hərbi cəhətdən müharibə etmək taqəti olmayan vəziyyətdə idi. O, ilk növbədə “Regionların inkişaf proqramı” ilə bütün gücünü ölkənin iqtisadi inkişafına səfərbər etdi. Respublikanın köhnə paltarını çıxardıb tulladı, Azərbaycanı dünyaya yeni libasda təqdim etdi. Puşkin “Tunc atlı” poemasında yazırdı ki, I Pyotr toza və çirkaba batmış Rusiyanı toz-torpğın içərisindən çıxardıb dünya dövlətinə çevirdi. Çünki o təkcə iqtisadi cəhətdən deyil, 21 il müharibə aparıb Rusiyanı qalib dövlətə çevirdi. Ona görə də ona “Tunc Atlı” deyirdilər. Pyotra belə bir heykəl də qoyulub.
Amma cənab Prezident Rusiyanın 21 ildə nail olduğunu, 44 gündə əldə etdi. Bu millətin torpaq işğalından canını qurtardı. Qamətimiz düzəldi, haqqımız özümüzə qaytarıldı. Hər bir Azərbaycan kişisi artıq öz xanımı qarşısında qürurla dayana bilir. Hər bir valideyn öz övladı, himni qarşısında cismi, ruhu çiyinlərini bükmədən dayana bilir. Himnin sözlərinə fikir verin: “can verməyə cümlə hazırız, qan tökməyə cümlə qadiriz!” Amma o vaxt hazır olmadıq, qadir deyildik. Şəhidlərin ruhu başımızın üstündə dayanıb soruşurdu -“Nə vaxt, haçan!”... bax bu gün, indi bizim üzümüz onların qarşısında ağdır. 200 il xristian ağuşunda özünə qala quran, o qaladan başımıza güllə və qumbara yağdıraraq ən yaxşılarımızı sıradan çıxardan düşmən məğlub oldu. Siz təqvimimizə fikir verin: 12 ayın 11-də faciə var. 20 yanvardan başlayan faciəmiz, 20 noyabr vertalyot qəzası ilə bitir. 20 rəqəmi bizim tariximizdə sanki bir faciə rəqəminə çevrildi. Bunu yaradan arxasında böyük qüvvələrin durduğu heç vaxt təkbətək vuruşa bilməyən, amma “qalib gələn” ermənilər idi.
Bizim qələbədə ilk növbədə dünya xristianlığı məğlub oldu. Ermənilər təkcə işal etdiyi torpaqdan qovulmadı. 30 ildən sonra böyük ermənistan yaratmaq mifinin yalan olduğu, bu ideologiya ilə addım atanların iflasa uğradığı göstərildi. Və cənab Prezident öz addımı ilə dəfn etməkdə olduğumuz “böyük Ermənistan” ideologiyasının tabutuna sonuncu mismarı vurdu. Təsadüfi deyil ki, bu qələbə Türk Dünyasının qələbəsi kimi qeyd olundu.
Hər bir xaqlın tarixində bir sərkərdə yaranır, tanrı tərəfindən ona güc, qətiyyət, diplomatya verilir. Və nəticədə milət xilas olur. İlham Əliyev 200 il əzab çəkən, geri çəkilən, itkilər verən sızıldayan, qəlbində, əlində gücü olmayan milətin xilaskarı kimi ortaya çıxdı. Budur İlham Əliyev, budur tarixi həqiqət. İlham Əliyev Tarixin Azərbaycan xalqına qarşı tuşlanmış boz sifətini darmadağın etdi. O niskil baxışları darmadağın etdi, o qırmızı sifətlərə lənət oxudu. Bax budur İlham Əliyev obrazı”.
“İlham Əliyev öz doğru taktiki gedişi ilə çətin vəziyyətdən çıxış yolu tapa bildi və ...”
Azərbaycanın Opera müğənniləri, xalq artıstləri Fidan və Xuraman Qasımovalar:
“Prezidentimiz İlham Heydər oğlu Əliyev öz fəaliyəti ilə geniş siyasi potensila malik olduğunu göstərdi. Çünki O, ulu öndər Heydər Əliyev kimi bir atanın övladıdır. Ulu öndərin yolu ilə gedən bir insan, əlbəttə dərin biliyə, güclü xarizmaya malik olmalı idi.
Azərbaycan xalqı son bir ildə II Qarabağ müharibəsinin zəfərini qeyd etdi. Bu hərbi qələbəmiz İlham Heydər oğlunun böyük siyasi bacarığı nəticəsində baş tutdu. Əslində imperialist qüvvələrin ölkəmizə hərbi, siyasi basqılar etdiyi və Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığımız, müharibəyə təhrik edildiyimiz çətin bir zamanda ona Azərbaycan kimi bir ölkənin prezidenti olmaq məsuliyyəti tapşırılmışdı.
30 il idi ki, Azərbaycan torpaqları düşmən tapdağı altında idi, 1 miyondan çox insanımız qaçqın, köçkün vəziyyətinə salınmışdı. Təbii ki, bu barədə müxtəlif beynəlxalq kürsülərdə çox danışılıb, çox yazılıb. Müxtəlif sammitlərdə aparılan danışıqlara, edilən çıxışlara, verilən bəyanatlara baxmayaraq heç kəs torpaqların işğaldan azad edilməsini icra eləmirdi. İlham Əliyev özünün bütün çıxışlarında ilk olaraq torpaqlarımızn sülh yolu ilə azad olunması ideyasını ortaya qoyurdu. Bəyan edirdi ki, 30 il aparılan danışıqlar heç bir nəticə verməsə, xalq ayağa qalxıb torpaqlarını müharibə yolu ilə azad edəcək.
Biz qanımızı donduran o kadrları yaxşı xatırlayırıq; Paşinyan rəhbərlik etdiyi dəstə ilə Şuşada, Cıdır düzündə yallı gedir. Bu səhnəni gördükcə ürəyimiz qan ağlayırdı. Bunu sakit qarşılamaq mümkün deyildi. Azərbaycan xalqı düşmənə layiqli cavab verməyi tələb edirdi.
Beləliklə, möhtərəm Prezidentimiz İlham Əliyev, Ali Baş Komandan bütün xalqı torpaqlarımızı azad etmək üçün səfərbərliyə çağırdı... İlham Əliyev sanki gözəl bir şahmat oyunçusu kimi öz doğru taktiki gedişi ilə çətin vəziyyətdən çıxış yolu tapa bildi və müzəffər ordumuzu qələbəyə apardı.
Bu savaşda itkilərimiz də az olmadı. Amma müharibələr də itkisiz olmur. Müharibədə həlak olan qəhrəmanlarımıza rəhmət diləyirik. Onların adları daim qəlblərimizdə yaşayacaq. Onların valideynlərinin qarşısında baş əyirik. İndi Şəhidlərin ruhu şaddır, çünki torpaqlarımız işğaldan azad olunur.
Biz Qasımova bacıları siyasətçi olmasaq da, ölkəmizin dərdli günlərində kənarda dayana bilməzdik. Bütün prosesi, Prezidentin çıxışlarını, jurnalistlərə verdiyi müsahibələri, diqqətdə saxlayırdıq. Müharibə başlayan gündən biz düşüncələrimizlə prezidentimizin, xalqın yanında idik. Prezidentin xarici mediaya verdiyi müsahibələri xüsusilə qeyd etmək lazımdır.
Prezidentimiz bizim fəxrimizdir. Bu gün bütün torpaqlar tam nəzarətimizdə olmasa da, inanırıq ki, İlham Əliyev “Qarabağ Azərbaycandır!” deyibsə, belə də olacaq. Həqiqət öz yerini tapacaq.
İndi azad olunan ərazilərimizdə yollar salınır, evlər tikilir, yeni infrastruktur yaradılır. Qarabağ çiçəklənir. Şuşa şəhəri Azərbaycanın Mədəniyyət Paytaxtıdır. İnşaallah illər keçəcək, biz ora rahat şəkildə gedəcəyik. İndi hələ ki, yollar narahtdır, düşmən torpağa basdırdığı mina xəritələrini verməyib.
Biz istərdik Prezidentimizə cansağlığı arzu edək, Allah ona uzun ömür versin. Biz öz liderimizi dəstəkləyirik, ona inanırıq. O atası kimi uzaqgörən və nəyi, nə zaman edəcəyini bilən siyasətçidir. Bir daha biz Prezidentə can sağlığı, uzun ömür arzu edirik”.
“Azərbaycan dövlətçiliyini, dövlətini o qədər yüksəklərə qaldırdı ki...”
AMEA-nın Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə emlər doktoru Qasım Hacıyev:
Azərbaycan Prezidenti cənab İlham Əliyev eyni zamanda müzəffər ordumuzun Ali Baş Komandanıdır. Hələ Prezident seçilməmişdən əvvəl cənab İlham Əliyevin beynəlxalq təşkilatlarda Ermənistanın Azərbaycan torpaqlarının işğalının əleyhinə olan çıxışları hamımıza yaxşı məlumdur. Bütün fəaliyyəti ilə bərabər Azərbaycanın ən ağrılı problemi olan “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” onun diqqətindən heç vaxt yayınmadı. Cənab İlham Əliyev bütün tribunalardan istifadə edərək, bütün beynəlxalq təşkilatlardakı görüşlərində həmişə Azərbaycanın bu taleyüklü məsələsini ortaya qoydu. Şükürlər olsun ki, aparılan siyasət yüksək səviyyəli, uğurlu oldu. Bəlkə də vaxtilə diplomatik danışıqlar və siyasət düzgün istiqamətdə getməsəydi, 44 günlük qələbə zamanı Azərbaycanın üzərinə daha çox basqılar edilərdi. İdeoloji, diplomatik və siyasi baxımdan basqılar edilsə də, cənab Prezidentimiz hərb sahəsində bir Komandan, müzəffər dövlət başçsı kimi Azərbaycan Ordusunun böyük gücü, xalqın birliyi nəticəsində düşmənləri Azərbaycan ərazisindən qovdu, torpaqları işğaldan azad elədi, ərazi bütövlüyünü qorudu. Ölkəmizin Turan Birliyinə qoşulması, Türkiyə-Pakistanla yaxınlaşma, zəfər qələbəsi, Zəngəzur yolunun açılması, bütün bunlar hamısı Azərbaycan dövlətçiliyini, dövlətini o qədər yüksəklərə qaldırdı ki, artıq dünyanın elə bir dövlətləri yoxdur ki, Azərbaycan dövlətinin bu düzgün yolla inkişafını nəzərə almasın, başa düşməsin.
Təsadüfi deyil ki, ermənilərin illərlə işğal etdiyi əraziləri 44 gün müddətində azad etdik. Bu bütün dünyada müsbət qiymətləndirilən faktdır. Şuşanın, Horadizin azad edilməsi, düşmənin yaratdığı sədləri keçmək, ona sahib olmaq dünya təcrübəsində ən qiymətli məqamdır. Mən orta məktəbdə tədris olunan “Qarabağ Dərsliyi”nin müəllifiyəm. İndiyə qədər Qarabağın necə cənnət guşə olduğunu, Azərbaycan xalqının taleyində böyük rolu olduğunu yazırıq, deyirik. Bizim gənc tarixçilərin yazdığı “Zəfər yolu” kitabının redaktoruyam. Orda da bu tarixi hadisələr, bu proseslər geniş işıqlandırılıb.
Mənə verilən bu imkandan istifadə edib, Azərbaycan Prezidentini, Ali Baş Komandanı yebleyi münasibəti ilə təbrik edirəm. Ömrümün çox hissəsini Qarabağ tarixi ilə məşğul olmuşam. Bu gün çox şadam ki, Azərbaycanın bu dilbər guşəsi Qarabağla birlikdə 7 rayonumuzun çox böyük hissəsi işğaldan azad edildi. Mən həm Prezidentimizi təbrik edirəm, həm də bütün Azərbaycan xalqına gözaydınlığı verirəm”.
“Mən Prezidenti bu obrazda görürəm”
Xalq artisti Afaq Bəşirqızı:
“...Lider, Böyük İnsan, Sərkərdə, əsl Baş Komandan... Mən Prezidenti bu obrazda görürəm. Təbrik edirəm!..
Doğum günü hər bir insan üçün müqəddəsdir. Bəzən insanlar, içi mən qarışıq deyirlər ki, “doğum gününü qeyd etməyi sevmirəm”. Amma insan özlüyündə qeyri-ixtiyari də olsa, bir neçə dəqiqə, bir neçə saat, bəlkə də bütün günü bu günün haqqında fikirləşirsə, deməli onun üçün önəmlidir. Ona bu önəmli günün səadətini görməyi, xoş təəssüratını görməyi, bu önəmli günün sonrakı günlər bağışladığı günlərin bəhrəsini görməyi və həmişə Ali Baş Komandan, Lider kimi qalmağı arzulayıram. Və Dəmir Yumruğunun Polad Yumruğa çevrilməsini gözləyirəm. AMİN...
Mən dövlət başçımı Lider, Böyük İnsan, Sərkərdə, əsl Ali Baş Komandan adlandırdım. Əslində bu söz çox asan deyilən və sadə görünür. Lakin bütün bu titulların fonunda şəxsiyyət durur. Bu şəxsiyyəti təsdiq etmək hər liderə, hər Ali Baş Komandana, hər Prezidentə nəsib olmur. İlham Əliyev bu sözlərin hamısını öz simasında təsdqi etdi və həm də Böyük Şəxsiyyət oldu.
Torpağa olan sevgisinə, vətəninin bütövlüyünə, xalqının birliyinə inandı ki, xalq da ona inandı. İnsan özünə inananda artıq sərkərdə olur. Ölkə prezidenti bütün xalqı, hətta xaricdə olan azərbaycanlıları da inandırdı və bu, bizim üçün çox böyük qələbə ilə nəticələndi. O, bizim 30 il alnımıza düşən ləkəni sildi. Buna görə də biz bütün həyatımız boyu ona minnətdarıq”.
“İlham Əliyevi Azərbaycan xalqına, ölkəmizə tarix özü göndərdi”
Əməkdar incəsənət xadimi, kinoşünas, rejissor Ayaz Salayev:
“Prezident İlham Əliyevin 60 illiyi mənim də bayramımdır. Mən həmişə fəxr edirəm ki, ölkəmizin belə bir prezidenti var. Prezident İlham Əliyevlə bağlı dediklərim səmimi qəlbdən, ürəkdən gələn sözlərdir.
Mən İlham Əliyevi dünyada ən görkəmli, ən istedadlı siyasi xadimlərdən biri sayıram. Prezident İlham Əliyev ümumiyyətlə siyasətçilərdə çox nadir olan cəhətləri - səmimiyyəti, mərdliyi, uzaqgörənliyi özündə birləşdirib.
İlham Əliyevi Azərbaycan xalqına, ölkəmizə tarix özü göndərdi. O, öz bacarığı ilə Azərbaycan xalqının başını uca elədi. Biz elə bil yenidən doğuluruq. Özünü bu ölkənin vətəndaşı, bu ölkənin tarixi mənsubiyyətinə aid olduğunu dərk etmək həqiqətən də mənim üçün böyük səadətdir. Bu hissi mən İlham Əliyevlə bağlayıram.
Söhbət ondan gedir ki, Prezidentimiz ölkədə elə bir ab-hava yaradıb ki, burda həm mədəniyyət, həm elm, təfəkkür, bədii fikir, elmi təfəkkür çox rahat şəkildə inkişaf eliyə bilər. İlham Əliyevin ölkədə yaratdığı bu ab-havada adam gələcək haqqında fikirləşir. Adam keçmişə həsrətlə baxmır. Soruşsalar ki, hansı dövrdə, hansı ölkədə yaşamaq istərdin, mən deyərdim ki, indiki Azərbaycanda. Qalib dövlətin, qalib sərkərdəsi olan bir ölkədə yaşamaq gözəldir. Bütün müsbət keyfiyyətləri özündə birləşdirən səmimi ölkə başçımız var. Çox zaman ölkə başçılarının danışığına baxırsan və görürsən ki, bunlar səmimi deyil, yalan danışır. Amma bizim prezidentimizə baxanda görürsən ki, o səmimidir və nə düşünür onu da deyir. Azərbaycan kiçik bir ölkədir. Bizim prezident böyük ölkələrin rəhbərləri qarşısında başını əymir, o necə ucadır. Biz də ona baxıb öyrənirik. Ona görə də, Prezidentin bu doğum günü mənim şəxsi bayramımdır. İndi mənim 61 yaşım var. Bu günlərə çatıb, belə bir ölkə başçısını görməyimə ürəkdən sevinirəm. Prezidentimizə cansağlığı, uğurlar arzu edirəm”. /“həftə içi”/
Tahirə Qafarlı
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"