ALDP sədrindən YUBİLEY TƏBRİKİ
Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Prezident İlham Əliyevin 60 illik yübileyi münasibəti ilə təbrik edib.
Versus.Az xəbər verir ki, təbrikdə deyilir:
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə əlamətdar, 60 illik yübileyiniz münasibətilə Sizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istərdim.
Hörmətli cənab Prezident!
Bu il Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd etdi. Bu 30 ilə yaxın xalqımız böyük, ümummilli problemlə - torpaq həsrətilə yaşayırdı - İşğalda olan Qarabağ torpağı həsrətilə.
Azərbaycan əsgəri, xalqı Sizin Ali Baş Komandan kimi “İrəli” əmrinizi gözləyirdi. Azərbaycan əsgəri 27 sentyabr 2020-ci ildə bu əmri alaraq torpaqlarımızı işğaldan azad etdi.
Şəhidlərimizin qisası alındı, onların ruhları şad oldu.
Zəfər günü ilə Siz təkcə qarabağlıları yox, bütün Azərbaycan xalqını, dünya azərbaycanlılarını sevindirdiniz!
Hörmətli, cənab Prezident!
ALDP üzvləri və öz adımdan Sizə uzun ömür, möhkəm cansağlığı, fəaliyyətinizdə uğurlar arzu edirəm".
SEVDA
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"