“Soyuq əllər, isti ürək” yarmarkasında “Villeroy & Boch” alman brendinin boşqablarından yığılmış köşk ətrafında izdiham yaranıb. 2 saylı uşaq evinin şagirdlərinin rənglədiyi boşqablar Bakı sakinlərinin marağına səbəb olub. Ziyarətçilərin bir çoxu aksiyaya qoşularaq, boşqab rəngləməyə başlayıblar.
Yeni il ərəfəsində 2 saylı uşaq evinin şagirdləri boşqablar üzərində arzularını yazıblar, “Villeroy & Boch” butikinin əməkdaşları isə bu boşqablarla Fəvvarələr meydanındakı “Soyuq əllər, isti ürək” yarmarkasındakı köşklərini bəzəyiblər.
Uşaqların əksəriyyəti əl işlərində Vətənə olan sevgilərini bildiriblər və ölkəmizə sülh, əmin-amanlıq arzulayıblar. Boşqablar həmçinin üç rəngli bayrağımızın rənglərinə boyanıb.
Bu fikir yarmarkanın ziyarətçilərinə maraqlı gəldiyi üçün onlar özləri də boşqabları boyamağa, bir-birinin rəsmlərini tamamlamağa başlayıblar. Nəticədə, köşkün ətrafında maraqlı anlar yaşanıb. Kimi boşqabları boyayıb, kimi onları dəstəkləyib, kimi isə bu prosesi lentə alıb.
Bu maraqlı aksiyadan ilhamlanan “Villeroy & Boch” butikinin müdiriyyəti “Flashmob” keçirtmək qərarına gəlib və hər kəsi köşkün yanında çəkdirdiyi şəkilləri sosial şəbəkələrdə bölüşməyə çağırıb. Şəkillərə #VilleroyBochHədiyyəsi həştəqini əlavə edin və Yeni il qabağı müsabiqədə iştirak edin!
Daha ətraflı “Villeroy & Boch”un sosial şəbəkələrdəki səhifələrində.