Doğum gününüz mübarək, cənab Ali Baş Komandan!

17:25 24-12-2021 | icon 2647 | Köşə
Doğum gününüz mübarək, cənab Ali Baş Komandan!

Kəssə hər kim tökülən qan izini,
Qurtaran dahi odur yer üzünü...

 

 
TAHİRƏ QAFARLI

 

Bu gün ölkəmiz, cəmiyyət ətrafımızda cərəyan edən bütün proseslərə, hadisələrə məhz Azərbaycan torpaqlarının işğaldan azad olunması, Ordumuzun 2020-ci il, 27 sentyabr əks-hücum əməliyyatı və 44 gün ərzində qazanılan zəfər, qələbə fonundan baxır. Şübhəsiz ki, 44 günlük zəfər savaşımız qətiyyətli Ali Baş Komandanın sərkərdəliyi, Dəmir Yumruğu ilə tariximizə qızıl hərflərlə yazıldı. 44 gündə yaşadığımız bu tarixi faktlar ölkəmiz, insanlarımıza əsl reallıqların nə olduğunu göstərdi. Bir daha o gerçəkliyi anlatdı ki, milli birlik ən güclü düşməni, ən hiyləgər xaini də məhv etməyi bacaran böyük silahdır.

 

Bu günün reallığı odur ki, Ermənistan və onun havadarlarının apardığı qeyri-insani, revanşist, işğalçı, faşist siyasəti nəticəsində Azərbaycanın 30 il işğalda qalan torpaqları soyqırıma məruz qoyulub. Azərbaycan şəhərləri, kəndləri, torpaqlarımız yandırılıb. Bu faktlar ortada. Və dünyanın güclü dövlətlərinin nümayəndələri bu dəhşətli mənzərəni öz gözləri ilə görüblər. Lakin hələ də beynəlxalq məhkəmələr insan hüquqlarının müdafiəçiləri olan təşkilatlar erməni faşizminə qaşı sərt reaksiyalar verməyib. Görünən də odur ki, biz öz haqlarımızı ikilistandartları ilə seçilən ədalət çarçıları olan Avropa, Qərb təşkilatlarından zorla, dişimizlə, dırnağımızla almasaq, heç kəs bunu xoşluqla bizə verməyəcək. Əksinə, hansısa fransiz siyasətçisi, hələ ki, rusun nəzarətində humanizm əsaslarla saxlanan Laçın dəhlizindən qeyri-qanuni məqsədlər üçün istifadə edəcək, separatizmi dəstəkləyən addımlar atacaqdır. Biz həm də o tarixi yaşadıq ki, ölkəmizə qarşı işğalçı, revanşist iddialarından əl çəkməyən ermənilərin, onların havadarlarının təzyiq, təsir, təhdid dili 44 günlük savaşda kəsildi. Ali Baş Komandan bunu DƏMİR YUMRUĞU, iti məntiqi çıxışları ilə etdi. Azərbaycanın seçmə, igid oğulları vətən uğrunda Şəhid oldu, qazi oldu... Şəhidlərimiz öz canları ilə qorudular bu vətəni... Allah ruhlarını şad eləsin!...

 

İndi də regionda yenidən dirçəlməyə, dil açmağa can atan qüvvələr öz caynaqlarını ölkəmizin üzərindən çəkmək istəmirlər. Həmin o demokratiya "alverçiləri" Ermənistanı sülh sazişini imzalamağa məcbur etməkdənsə, regionda yeni oyunlar qurmağa çalışırlar. Ermənistan və onun rəsmiləri oyuncaq maşa kimi ortalıqda oynadılır və zatən erməninin həyatdakı missiyası da budur. Görünən odur ki, Azərbaycan ərazilərində maraqlı güclərin erməni əli ilə yeni oyunlar qurmağa yönəlik siyasəti gedir. Amma Azərbaycan dövləti öz sərkərdəsinin cəsarətinə inanaraq bu gərgin prosesi də uğurla adlayacaq. Buna inanıram. Azərbaycan kişisi, sərkərdəsi bundan sonra heç bir zaman öz ləyaqətinin alçalmasına imkan verməyəcək.

 

Bu gün bizi o qələbəyə aparan Ali Baş Komandanın, Prezident İlham Əliyevin doğum günüdür. Yenidən doğulan Azərbaycanımızın böyüməsi, inkişaf etməsi istiqamətində öz üzərinə missiya götürən ölkə başçısına bu yolda daha qətiyyətli addımlaması üçün birinci növbədə cansağlığı və Milli Birliyin gücünü arzu edirəm. İnanıram ki, Azərbaycanın Prezidenti öz dərin zəkası ilə Azərbaycanımızda illərdir hökm sürən erməni separatçılığının, terrorun kökünü kəsməklə həm regiona, həm də ümumilikdə dünyaya sülhü bəxş etməklə, bir-iki erməni terrorçusunun əlində gülünc qalan Avropaya, Qərbə böyük demokratiya, bəşəri dəyərlərə necə hörmət olunmalıdır nümunəsini göstərəcəkdir.

 

Doğum gününüz mübarək, cənab Ali Baş Komandan!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI