Uşaqlar ataları ilə ortaq ev aldılar

17:00 27-12-2021 | icon 570 | Maraqlı
Uşaqlar ataları ilə ortaq ev aldılar

Avstraliyanın Melburn şəhərindən olan üç uşaq cib xərcliklərini ev almaq üçün xərcləyib. Onlar valideynləri ilə birlikdə daşınmaz əmlakın alınmasına sərmayə qoyublar.

 

Ən kiçiyi altı yaşında olan uşaqlar pulu ev işlərinə, atalarına maliyyə savadlılığı kitablarını yığmağa kömək etməklə qazanıblar. Uşaqların hər biri Melburnun cənub-şərqindəki Klayd ətrafında tikintisi yarımçıq qalmış evlə torpaq sahəsinin alınmasına 2000 dollar verib.

 

Daşınmaz əmlakın ümumi məbləği isə 671 min Avstraliya dolları (813,3 min manat) olub.

 

Ailə başçısı daşınmaz əmlak investisiyası üzrə mütəxəssisdir. O Melburnda mənzillərin son bir ildə 19,5% bahalaşaraq, orta qiymətin 953 min dollara çatmasını nəzərə alaraq, yaxın on ildə əldə etdikləri torpağın dəyərinin iki dəfə artacağını proqnozlaşdırıb. Atanın sözlərinə görə uşaqlar 2032-ci ildə evi sərfəli şəkildə satıb qazancı bölüşə biləcəklər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI