Cinayətkar Santa ilə fotosu sayəsində tutuldu


Amerika polisi Texasda 29 yaşlı Almonzo Paulu saxlayıb. Qaçaq cinayətkar Santa Klausla fotosu sayəsində yaxalanıb.
Baton Ruj şəhərindəki ticarət mərkəzində Almonzo Paul və dostu Yeni ilin simvolu ilə şəkil çəkdiriblər. Bu zaman dostlardan biri tapança və bir bağlama dollarla poza verib.
Bir neçə istifadəçi şübhəli silahlı şəxslər barədə polisə məlumat verib. Təhlükəsizlik əməkdaşları fotonu yoxlayıb və məlum olub ki, həmin şəxslərdən biri əvvəllər axtarışa verilib. Cinayətkar saxlanılıb. Onun silah və pul nümayiş etdirən dostu barədə isə məlumat yoxdur.
Xəbər lenti

“Xəzərin İrsi” - unikal sualtı-arxeologiya sərgisinin açılışı
Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasından seçmə eksponatlar...