Valideynlərin NƏZƏRİNƏ

13:28 10-01-2022 | icon 540 | Sağlamlıq
Valideynlərin NƏZƏRİNƏ

Uşaqlar arasında yayılan virusun adı AÇIQLANDI

 

“Son günlər uşaqlar arasında yayılan xəstəlik “influenza” virusudur”.

 

Versus.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev məlumat verib.

 

O bildirib ki, dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlanılıb və artmağa davam edir:

“Kiçik körpələrə və 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir. Çox ağır bronxitə səbəb olur. Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız virus qrupu budur. Uşaqlar xəstələndiyi halda vaxtında həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomlarında mütləq həkimlə məsləhət edilməlidir”.

 

Həkim “İnfluenza” virusunun müalicəsi zamanı nələrə diqqət etmək olduğu barədə də danışıb:

“Virus xəstəliklərinin müalicəsi əsasən simptomatik təyin edilir. Hərarət salıcı dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı uşaqlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır seyrinin görüldüyü xəstələrdə qrip virusuna təsir edən dərmanların istifadəsi lazımdır. Unutmamalıyıq ki, antibiotik hərarət salıcı deyil. Antibiotik bakterial infeksiya varsa və təyinata göstəriş varsa, qəbul olunmalıdır. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir və müalicə yalnız mütəxəssis tövsiyəsi ilə aparılmalıdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...

Sumru Yavrucukun “Shirley Valentine”sı Bakıda...

COP29 dialoqlarına həsr olunmuş FİLM

Millimizin heyətində daha bir dəyişiklik baş verib

Onlara Nobel mükafatı verildi

Bakıda qazanxanada PARTLAYIŞ

Parlamentlərarası işçi qruplarına rəhbərlər SEÇİLƏCƏK

Buruntaqsız it gəzdirənləri gözləyən CƏZALAR

Külək güclənəcək - XƏBƏRDARLIQ

Beş min illik sirli qəbir...

Sərnişindaşıma şirkətinə avtobuslarla bağlı GÖSTƏRİŞ

Ölkəmizdə dayə xidməti necədir?

"Aygün fərqli planetdir"

Bağırsaq düyünlənməsi, müayinə və müalicəsi - MÜSAHİBƏ

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT