"Omicron" ştamı Azərbaycana da gəldi

14:04 10-01-2022 | icon 463 | Sağlamlıq
"Omicron" ştamı Azərbaycana da gəldi

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir.

 

Versus.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

 

Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "Omicron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur.

 

Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

 

Aparılan araşdırmaların növbəti mərhələsində ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrdən 12 -də SARS-CoV-2 21K Omicron variantı aşkarlanıb.

 

Aparılan tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində Azərbaycanda epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.

 

Səhiyyə qurumları vətəndaşlarımızı yayılan yeni ştamnan qorunmaq üçün İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq, bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmaq üçün gücləndirici (buster) doza ilə peyvəndləməyə çağırır.

 

Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da riayət olunmalıdır. Fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın və normal həyata qayıtmağın yeganə yoludur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycanı yenidən Rusiyaya bağlamaq HƏDƏ-QORXUSU

Keçmiş döyüşçüdən Ali Baş Komandana MÜRACİƏT

Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti AÇILACAQ

Cəbrayıl məktəbində çalışan müəllimlərin hamısı cəbrayıllıdır

"ƏDV geri al"la bağlı İDDİA

Peşə təhsili üzrə ixtisasların təsnifatında DƏYİŞİKLİK

"Qaçqınkom"da tələbələrlə görüş keçirilib

Füzulinin 530 illiyinə töhfə

Üç xanım direktor vəzifəsindən azad edildi

Əsrin SİRRİ

18 tələbənin dönərdən zəhərlənməsi ARAŞDIRILIR

"Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır"

Türkiyədən tarixi QƏRAR

Laçın və Şuşada ƏMƏK YARMARKALARI

Azərbaycanın "Birgə Atəşkəs Çağırışı" təşəbbüsünə 127 ölkə QOŞULUB