“Omikron”nun fərqli xüsusiyyətləri
Rusiyalı İmmunoloq Vladimir Bolibok koronavirusun “Omikron” ştammının fərqli xüsusiyyətlərini açıqlayıb.
Onun sözlərinə görə, COVID-19-un digər variantlarındandan fərqli olaraq, “Omikron”a yoluxan insanlar nadir hallarda döş qəfəsində ağrı yaşayır.
“Bu, plevraya təsir edən pnevmoniyanı inkişaf etdirənlər üçün xarakterikdir. “Omikron” da pnevmoniyaya səbəb ola bilər, insanlar bu COVID pnevmoniyasından da ölürlər, lakin döş qəfəsində ağrı daha az yayılıb”, - deyə Bolibok bildirib.
Eyni zamanda, o “Omikron” ştammına xas olan simptomları da açıqlayıb:
“Omikron”un əlaməti şiddətli boğaz ağrısı, burun tutulması, quru öskürəkdir. Buna hərarət, şiddətli zəiflik və baş ağrısı da əlavə olunur”.
O, həmçinin qeyd edib ki, bu ştamma yoluxanda qoxu itkisi mümkündür, lakin bu simptomda sağalma daha tez baş verir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"