Arıqlamağa mane olan üç böyük səhv

11:45 15-01-2022 | icon 585 | Sağlamlıq
Arıqlamağa mane olan üç böyük səhv

Dieta zamanı buraxılan bəzi səhvlər insanın arıqlamasına mane olur.

 

Bu barədə rusiyalı nutrisioloq Anna Drobışeva bildirib.

 

Onun sözlərinə görə ən böyük səhvlərdən biri kifayət qədər su içilməməsidir:

“Arıqlamaq üçün gündə ən azı səkkiz stəkan təmiz su içmək lazımdır. Su orqanizmdən zərərli maddələri və tullantıları çıxarır, iştahı azaldır. Təmiz suyu başqa yüksək kalorili içkilərlə əvəz etməyin”, - deyə mütəxəssis bildirib.

 

O, ikinci böyük səhvin yağ qəbulu ilə bağlı olduğunu deyib:

“Arıqlamaq istəyən qızlar yüksək kalorili olduğuna görə yağ istehlakından çəkinirlər. Amma kifayət qədər yağ olmadıqda, yağda həll olunan vitaminlər mənimsənilmir. Bu, böyük sağlamlıq problemlərinə gətirib çıxarır. Yağların deyil, karbohidratların miqdarını azaltmaq daha vacibdir”.

 

Arıqlamaq istəyənlər üçün üçüncü böyük səhv kimi isə nutrisioloq rasionda zülalın olmamasını göstərdi. “Zülal əzələ kütləsinin saxlanmasında və bədən yağının yandırılmasında əsas rol oynayır. Hər yeməkdə zülallı qidaları daxil edin. Onlar boşqabın ən azı 1/4 hissəsi olmalıdır. Qidalanma mövzusunu hələ başa düşməyənlər üçün tövsiyəm: axşam yeməyi ilə arıqlamağa başlayın. Səhər yeməyi bol olmalıdır, o zaman gün ərzində zərərli yeməklər istəməyəcəksiniz. Arıqlamaq üçün ideal şam yeməyi isə belədir: zülal+lif”, - deyə Drobışev sözlərini yekunlaşdırıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...