Acınacaqlı vəziyyətdə saxlanılan uşaqlarla bağlı - RƏSMİ
Şamaxıda acınacaqlı vəziyyətdə olan uşaqlar artıq Sosial Xidmətlər Agentliyinin sosial sığınacağına yerləşdirilib.
Bu barədə Versus.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, uşaqlar artıq dövlətin nəzarətində tam təhlükəsiz vəziyyətdədirlər:
“Mənim də istədiyim odur ki, uşaqlar dövlətin nəzarətində olsun. Gördüyüm işin, paylaşımların səbəbi aidiyyəti qurumlara ictimai nəzarətin gücləndirilməsidir. Bu işdə ən böyük əməyi keçən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarına, xüsusilə Elşad Hacıyevə, eləcə də Sosial Xidmətlər Agentliyinin əməkdaşlarına, başda Murad Həşimov olmaqla operativ məlumat paylaşdıqlarına görə təşəkkür edirəm”.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"