Səhiyyəyə yeni nazir gəldi
Prezident İlham Əliyevin sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Versus.Az xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Teymur Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.
QEYD:
T.Musayev 16 sentyabr 1970-ci ildə Bakıda doğulub. 1977-1981-ci illərdə Əlcəzair Xalq Demokratik Respublikasında SSRİ-nin Baş konsulluğun nəzdindəki 1 saylı orta məktəbdə, sonradan 1981-1987-ci illərdə Bakı şəhərindəki 189 saylı orta məktəbdə oxuyub.
1987-93-cü illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. Ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
2003-2004-cü illərdə Strastburq Universitetində Laparoskopik cərrahiyyə ixtisası üzrə biliyini artırıb. 2013-15-ci illərdə isə RISEBA və Riga Stradins Universitetində təhsilini magistr səviyyəsində davam etdirib.
Qeyd edək ki, ixtisasca uroloq olan Teymur Musayev tibb elmlər namizədidir. Eyni zamanda səhiyyə menecmenti üzrə magistr təhsili alıb.
Reproduktiv tibb, həyat tərzi təbabəti, səhiyyə menecmenti sahələrində təcrübəyə sahibdir. 27 ildən artıq müddətdə müxtəlif klinikalarda çalışıb. 18 il özəl səhiyyə müəssisələrindən birinə rəhbərlik edib.
Teymur Musayev İtaliyanın Komo şəhərində Klaudio Tavera il birlikdə “Medwellness və SPA Srl” adlı klinika təsis edib. Açıqlanan məlumatda bildirilir ki, “Medwellness və SPA Srl” 2019-cu ilin avqust ayında kurortlar və termal tibb, spa təbabəti, qocalma əleyhinə və idman təbabəti sahələrində geniş və spesifik təcrübəyə malik iki tibb mütəxəssisi Dr. Klaudio Tavera və Dr. Teymur Musayev tərəfindən təsis olunub.
Daha sonra Səhiyyə Nazirliyində Səhiyyənin təşkili şöbəsinin müdiri vəzifəsində çalışıb.
2021-ci il aprelin 23-də Azərbaycan Respublikası səhiyyə nazirinin 1-ci müavini təyin edilib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"