"Bu yola əsasən yeniyetmələr üz tutur"
Nizami Verdiyev: "Bu çox təhlükəli prosesdən xəbər verir”
Ölkədə intiharların sayının artması ictimaiyyətdə böyük narahatlıq yaradıb. Hesab edilir ki, sayın sürətlə artması bir siqnaldır.
Versus.Az xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyev də mətbuata açıqlamasında ölkədə intiharların sayının artmasının narahatlıq doğurduğunu vurğulayıb.
Onun fikrincə, son vaxtlar bu yola yetkinlik yaşında olan şəxslərin üz tutması bir çox nüanslardan xəbər verir, əsaslı narahatlıq yaradır:
“Təəssüf ki, son vaxtlar bu yola daha çox yetkinlik yaşında olan şəxslər üz tutur. Bir neçə il əvvəl internetdə dünyada təhlükəli oyunlar yeniyetmə və uşaqların arasında populyarlaşmağa başlamışdı. Həmin oyunlarda müxtəlif tələbləri yerinə yetirmək lazımdır. Bu oyunlar xüsusilə də yeniyetmələrdə çox ağır psixoloji sarsıntılar yaradır.”
Sosial problemlərin artmasına da diqqət çəkən Nizami Verdiyev bildirib ki, son illər insanların problemləri, gərginlikləri daha da artıb:
"Ailədə valideyinlər sosial problemlərin həlli ilə məşğuldular. Bu problemləri həll edə bilməyəndə ailələrdə gərqinlik yaranır. Uşaqlar nəzarətsiz qalır. Bu oyunların və digər problemlərin arasında qalan, həll yolu tapa bilməyən şagirdlər, yeniyetmələr intihar yolunu seçirlər. Bu çox təhlükəli prosesdən xəbər verir”.
SEVDA
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"