“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?
"Ermənilər bunu öz qələbəsi kimi elan eləsələr, təəccüb etmərəm"
Xəbər verildiyi kimi, əfsanəvi "Bakılı oğlanlar"ının ssenaristi, "Bu şəhərdə"nin prodüseri Müşviq Abbasovun yaratdığı "Şuşa" komandası Soçidə keçirilən "KiViN" Şən və Hazırcavablar Klubu (ŞHK) beynəlxalq festivalında iştirak edib. Yanvarın 12-də başlayan festival ayın 23-də bitib. Soçidə ikinci tura yüksələn "Şuşa" KVN komandasının sonradan adının dəyişib "Buta" olması böyük ictimai narazılığa səbəb olub. Komanda yarışdan bürünc medulla qayıtsa ictimaiyyət tərəfindən “məğlub” kimi qəbul edilir. Sosial şəbəkələrdə, “Yarışa Şuşa ilə qatılıb, adını saxlaya bilməyən oyunçu qalıb ola bilməz”-deyilir.
Sosial şəbəkələrdə komandamızın adının təşkilatçıların təzyiqindən sonra dəyişdiyi bildirilib. Lakin məsələyə ciddi bir reaksiya müşahidə olunmur.
“"Şuşa" adının geri çəkilməsi bağışlanmaz səhvdir”
Versus.az xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edən deputat Aydın Mirzəzadə bu hadisədən təəssüfləndiyini bildirib.
O, "şən və hazırcavablar klubunun" beynəlxalq yarışmasında ikinci tura keçən "Şuşa" komandasının adının "Buta" adına dəyişməsinə münasibət bildirərkən deyib ki, Şuşa adı hər bir azərbaycanlı üçün əziz və həssas bir məhfumdur. Heç nə onun adının dəyişdirilməsinə əsas ola bilməz:
“Hər birimiz, hər bir yerdə bu müqəddəs adı qorumağa çalışmalıyıq. Təşkilatçılar arasından erməni əsilli bir nəfərin tələbi ilə "Şuşa" adının geri çəkilməsi isə bağışlanmaz bir səhvdir. Əgər belə bir tələb ikinci turda yarışmaq üçün şətrt idisə, komanda bəyanat verərək yarışmadan imtina etməli və geri qayıtmalı idi. Azərbaycanda onları böyük hörmətlə qarşılayardılar”.
“Bu KVN festifallarında Azərbaycan iştirak etməməlidir”
ADP sədri Sərdar Cəlaloğlu Versus.az-a bildirib ki, Azərbaycanı təmsil edən KVN komandasının Soçidə keçirilən festivalda “Şuşa” adından imtina etməyə məcbur olmasını və ikinci turda “Buta” adı ilə iştirakına icazə verilməsi Azərbaycanın milli və dövlətçilik maraqlarının dərk edilməməsinin əlaməti kimi dəyərləndirilməlidir.
O, qeyd edib ki, Rusiya tərəfinin Azərbaycan komandasına Şuşa adının verilməsinə etiraz etməsi faktı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyin nümunəsi kimi qəbul edilməlidir.
“Bundan sonra da Rusiya tərəfinin təşkilatçılığı ilə təşkil olunacaq KVN festifallarında Azərbaycan iştirak etməməlidir”-APD sədri deyib.
“Nazirlik, təşkilatçılar, maliyyəçilər açıqlama verməlidirlər”
Milli Cəbhə Partiyasının sədr müavini, hüquqşünas Vüqar Dadaşov bildirib ki, KVN-in rəhbərləri də vaxtilə Bakıdn olan komandaların qarşısında yarışlarda Qarabağın adının işlədilməməsi tələbini qoyub.
Onun sözlərinə görə, lakin Bəhram Bağırzadə buna qarşı özünün qəti münasibətini bildirib deyə, geriyə adım atmışdılar:
“O nə yarışdır ki, sənin qarşında “Şuşa” adından imtina tələbi qoyulur, amm sən əvəzində o yarışın özündən imtina etmirsən. Bu yarışdan imtina olunmalıydı. İnzibati orqanlar məsələyə münasibət bildirməldir.”
V.Dadaşov hesab edir ki, bu oyun olsa da, milli bir məsələdir və onun bu cür ucuzlaşdırılması əsla yolverilməzdir. Hüquqşünas hesab edir ki, məsələni araşdırmaq lazımdır:
“Çünki söhbət sadəcə addan getmir. Burda problem bizim milli kimliyimizdən imtina ilə bağlıdır. “Şuşa” mövzusu indiyə qədər nə Ermənistan, nə də dünyanın heç bir dövləti tərəfindən müzakirə predmeti olmayıb. Ermənilər bunu öz qələbəsi kimi elan eləsələr, təəccüb etmərəm. Bu məsələ araşdırılmalıdır və belə bir səhlənkarlığa yol verənlər cəzalandırılmalıdır. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi və təşkilatçıları, maliyyəçiləri açıqlama verməlidirlər”.
Hüquqşünas ümumən hesab edir ki, rus düşüncə tərzində olan şəxslərin, rus mentalitetini özünün həyat tərzinə hopdurmuş şəxslərin belə yarışlarda iştirak eləməsi düzgün deyil. Hansı ki, biz onları Azərbaycanda Rusiyanın yaratdığı “5-ci kolon” adlandırırıq.
SEVDA
VErsus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"