Çöllükdə yaşayan qadınla bağlı AÇIQLAMA

12:09 25-01-2022 | icon 532 | Cəmiyyət
Çöllükdə yaşayan qadınla bağlı AÇIQLAMA

Ağsu rayonu, Ərəbmehdibəy kəndində, yaşayış olan yerdən təxminən 10 kilometr aralıda çöllük ərazidə yaşayan Əzəmət Mikayılova Möhübbət qızı ilə bağlı Rayon İcra Hakimiyyəti açıqlama verib.

 

Açıqlamada deyilir ki, Ə.Mikayılova 1990-cı ildə atası ilə birlikdə heyvandarlıq fermasında işləmək üçün Kürdəmir rayonundan Ağsu rayonunun Ərəbmehdibəy kəndinə gəlib.

 

Qeyd edilib ki, sonralar aidiyyəti dövlət orqanları tərəfindən tənha yaşadığı və qayğıya ehtiyacı olduğu nəzərə alınaraq vətəndaş Ə.Mikayılova Kürdəmir rayonunda yaşayan qardaşına təhvil verilib:

 

“Lakin, Ə.Mikayılova qardaşı ilə birlikdə yaşamaqdan imtina edib və yenidən Ərəbmehdibəy kəndinə qayıdaraq orada tənha yaşamağa davam edib. Əlavə olaraq bildirilib ki, səhhətində  problemlər olduğundan vətəndaş Ə.Mikayılova “Ağsu Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tərəfindən müayinə və müalicə olunması məqsədilə xəstəxanaya göndərilib”.

 

Sosial Xidmətlər Agentliyi də Əzəmət Mikayılovanın yaşadığı əraziyə baş çəkib.

 

Agentliyin açıqlamasında qeyd edilib:

 

“Yerində ilkin müayinə üçün əraziyə tibbi-həkim briqadası da dəvət olundu. Vətəndaş ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi. Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi. Əzəmət Mikayılova barəsində məlumat verən hər kəsə və o cümlədən, onunla bağlı prosesdə iştirak edən aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edirik!”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...