Türkiyədə yağan qarın Azərbaycana təsiri XƏBƏRDARLIQ

12:37 25-01-2022 | icon 298 | Cəmiyyət
Türkiyədə yağan qarın Azərbaycana təsiri XƏBƏRDARLIQ

“Ötən illərlə müqayisədə bu ilin yanvar ayı daha çox qarlı günlərin sayı ilə fərqləndi”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

 

Onun sözlərinə görə, hazırda Türkiyədə, Rusiyada intensiv qar yağması müşahidə olunur:

 

“Soyuq hava kütlələri cənub enliklərə hərəkət edərək hava şəraitinin kəskinləşməsinə səbəb olub. Azərbaycanda isə yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir. Əksər rayonlarda axşama kimi əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq”.

 

O, Türkiyədə yağan intensiv qarın Azərbaycanda gözlənilməsindən də danışıb:

 

“Artıq yanvarın 26-dan 27-ə keçən gecədən başlayaraq Naxçıvan Muxtar Respublikasından başlayaraq hava şəraiti yağıntılı olacaq, qar yağacaq. Ayın 27-i gün ərzində və ayın 28-ə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında sulu qar, dağətəyi rayonlarda qarın yağması və intensiv olması proqnozlaşdırılır. Türkiyədə yağan intensiv qar daha zəif formada ölkəmizdə özünü göstərəcək”.

 

U.Tağıyeva əlavə edib ki, yanvarın 27-də axşama doğru paytaxt və respublika ərazisində şimal-qərb küləyin güclənməısi gözlənilir:

 

“Yanvarın 28-də isə gündüz saatlarında külək mülayimləşəcək, axşama doğru yağıntılar kəsiləcək. Digər iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür