Tarix Muzeyində mesenat-sahibkarlarla GÖRÜŞ

15:42 28-01-2022 | icon 510 | Cəmiyyət
Tarix Muzeyində mesenat-sahibkarlarla GÖRÜŞ

Yanvarın 27-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan və Türkiyə sahibkarlarını birləşdirən MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri ilə görüş keçirilib.

 

Versus.Az xəbər verir ki, qonaqları salamlayan baş direktor, akademik Nailə Vəlixanlı muzeyin Vətən Müharibəsi fondunun zəruri ləvazimatlarla təchiz olunmasında göstərdiyi dəstəyə görə MÜSİAD Azərbaycan İdarə Heyətinə öz təşəkkürünü bildirib.

 

N.Vəlixanlı qeyd edib ki, təşkilatın üzvləri bu xeyirxah addımla ölkəmizdə çoxəsrlik ənənələrə malik mesenatlıq tarixinə öz imzalarını atıblar.

 

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli öz növbəsində qeyd edib ki, təşkilat üzvləri Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun lazımi materiallarla təchizatını öz üzərinə götürdükləri üçün böyük şərəf hissi keçirirlər. R.Cabirli muzeyin Vətən Müharibəsi şəhidlərinin, qazilərinin tanıdılması, həyat və döyüş yollarının əbədiləşdirilməsi işində mühüm rol oynadığını vurğuladı və sahibkarların bu işə töhfə verə bildikləri üçün öz məmnunluğunu ifadə edib.

 

Sonra qonaqlar Vətən Müharibəsi fondunda yaradılan şəraitlə tanış olublar, həmçinin 44 günlük müharibədə Qələbəyə həsr olunmuş sərgini ziyarət etdilər.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...