Heç kimi Ağdamdakı evindən, yerindən çıxaran deyillər - Açıqlama
Ağdamda yaşamaq üçün bir dənə də ev yoxdur, erməni işğalçıları hər tərəfi yandırıb, insanlar hələ köçmək üçün tələsməməlidir.
Versus.az xəbər verir ki, bu fikirləri Ağdam Rayon Ağsaqqallar Şurasının sədri Əvəz Mikayılov bildirib. Deyib ki, iki dəfə Ağdamda olub.
“Əgər vətəndaş qaçqınçılıqan sonra haradasa ev tikibsə, yaxud dövlət ona ev veribsə, həmin insanlar o evlərdə yaşayacaqlar. İşğaldan 30 ilə yaxın vaxt keçib. Ailələr böyüyüb, təzə gəlin gəlib, qız köçüb. Bu ailələrin hamısı Ağdama getməyəcək, nə də heç kəs bunlardan qaldıqları evlərini geri almayacaq. Bir ailədən 3-4 ailə əmələ gəlib. Tutaq ki, mən evin böyüyüyəm, atayam. 74 yaşım var. Mən öz evimə gedəcəyəm. Amma deyə bilmərəm ki, mənim 4 övladımı da mənimlə bərabər qaytaracaqlar”.
Ə.Mikayılov bildirir ki, sorğularda yeganə məqsəd odur ki, şaxələnən, qollara ayrılan ailələr müəyyən olunsun. O ailələrin kökü mütləq Ağdama köçürüləcək.
“Burada başqa problem olmamaldır. Şəxsən mənim 2 oğlum Bakıdadır. Bu, o demək deyil ki, onlar da Ağdama qayıdacaq. O, öz işini Bakıda qurub, uşağı orada oxuyur. Ona görə də kütləvi şəkildə köç etmək mümkün deyildir. Ağdamda hələ heç nə yoxdur. Evlər tikilməyib, qəsəbə salınmayıb. Camaat tələsməsin. Minalar təmizlənir. Bu məsələlər hələ 2-3 il çəkəcək”.
Versus.az
Ləman
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"