“I Beynəlxalq Rəsulzadə qiraətləri” - KİTAB TƏQDİMATI

19:16 31-01-2022 | icon 665 | Cəmiyyət
“I Beynəlxalq Rəsulzadə qiraətləri” - KİTAB TƏQDİMATI

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 138-ci ildönümü münasibətilə "M.Ə.Rəsulzadə ev-muzeyi" İctimai Qrupunun və Milli Azərbaycan Tarixi Muzeyinin təşkilatçılığı ilə "I Beynəlxalq Rəsulzadə Qiraətləri - Məhəmməd Əmin Rəsulzadənin irsi müstəqillik, demokratiya və dövlətçilik dəyərləri sistemində" kitabının təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başladı və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbiri açıq elan edən Muzeyinin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov elmi kitabın ərsəyə gəlməsində "M.Ə.Rəsulzadə ev-muzeyi" İctimai Qrupuna öz təşəkkürünü bildirib. Qeyd edib ki, M.Ə.Rəsulzadə mühacirətdə yaşayarlən xeyriyyəçi H.Z.Tağıyevin vəfatı ilə əlaqədar məqalə yazmışdı. Məqalədə M.Ə.Rəsulzadə H.Z.Tağıyevin xeyriyyəçilik və ictimai fəaliyyətini çox yüksək qiymətləndirmişdir.

F.Cabbarov xüsusi olaraq vurğulayıb ki, bizim üçün çox böyük fərəhdir ki, M.Ə.Rəsulzadənin həyat və fəaliyyətinə dair dərc olunmuş kitabın təqdimatı məhz H.Z.Tağıyevin ev-muzeyində qeyd olunur.

Həmçinin tədqiqatçı-alim F.Cabbarov öz məqaləsinin də kitabda yer aldığını bildirib (M.Ə.Rəsulzadənin Süleyman Təkinərə məktubları Azərbaycan mühacirət tarixinin öyrənilməsində mənbə kimi).

 

Tədbirdə qonaqları salamlayan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı bildirib ki, bu gün xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 138-ci ildönümüdür:

 

"Əminik ki, tədqiqatçılar üçün bu kitabın Rəsulzadə irsini, onun “döyüş yolunu” dərk etmək baxımından böyük rolu olacaq. Müxtəlif dövrlərdə Muzeydə M.Ə.Rəsulzadəyə həsr olunmuş sərgi və tədbirlər, o cümlədən onun 130 illiyinə həsr olunmuş elmi-praktik konfrans da keçirilib".

 

"M.Ə.Rəsulzadə Ev-Muzeyi" İctimai Qrupunun təşkilat komitəsinin rəhbəri, prof. Solmaz Rüstəmova-Tohidi "M.Ə.Rəsulzadə Ev-Muzeyi"nin yaradılması, irsinin qorunması, təbliği, mütəmadi olaraq beynəlxalq Rəsulzadə qiraətləri və s. tədbirlərin keçirilməsinin əhəmiyyəti mövzusunda ətraflı çıxış edərək, kitabın hazırlanmasında məqalə təqdim edən Rəsulzadə araşdırmaçılarına da öz minnətdarlığını bildirib.

 

AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva, filologiya elmləri doktoru Vilayət Quliyev, professor Hamlet İsaxanlı, Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru Sərdar Fərəcov və digər tədbir iştirakçıları tədbirin əhəmiyyəti və M.Ə.Rəsulzadə barədə ətraflı çıxış edərək, kitabın tədqiqatçılar üçün əhəmiyyətli mənbə olacağını qeyd ediblər.

 

Qeyd edək ki, kitabda Azərbaycan , Türkiyə, ABŞ, Almaniya, Fransa, İran, İsveç, Polşa, Rusiya, Şimali Kipr Türk Respublikası, Ukrayna alim va tədqiqatçılarının elmi va publisistik maqalələri təqdim edilir. Həmçinin topluda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin əməkdaşı, t.ü.f.d. Əli Fərhadovun da məqaləsi yer alır (M.Ə.Rəsulzadənin yaradıcılığında dini-siyasi mövzulara baxış). Kitab tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin redaktorluğu ilə nəşrə hazırlanmış və “Rəsulzadə ev muzeyi” İctimai Qrupu tərəfindən nəşr edilmişdir. Beş bölümündən ibarət olan kitabda “I Beynəlxalq Rəsulzadə Qiraətləri. Məhəmməd Əmin Rəsulzadənin irsi Müstəqillik, Demokratiya və Dövlətçilik dəyərləri sistemində” adı ilə iki ildən bir keçirilməsi nəzərdə tutulan beynəlxalq konfranslar silsiləsindən 2020-2022-ci illəri əhatə edən “I Beynəlxalq Rəsulzadə Qiraətləri”nin materialları toplanmışdır. Kitabda on bir ölkədən qırx nəfər alim və tədqiqatçının dörd dildə elmi və publisistik məqalələrində, həmçinin sənəd təqdimatı araşdırmalarında M.Ə.Rəsulzadənin ictimai, siyasi və dövlət xadimi kimi fəaliyyəti, milli modern dövlət quruculuğu konsepsiyası, Azərbaycançılıq ideologiyası, Demokratiya, Azad cəmiyyət, Vətəndaşlıq, İnsan haqları anlayışları, Qafqaz birliyi, Türk birliyi və d. məsələlərə dair ideoloji, siyasi, ictimai, dini baxışları. İran, Türkiyə, Ukrayna və Avropa ölkələrində siyasi-ictimai hadisələrə münasibəti və digər məsələlər araşdırılır, Azərbaycan dili, ədəbiyyatına dair fikirləri, Nizami Gəncəvi haqqında əsəri, mədəni irs, millət, dövlət və mədəniyyət anlayışlarına kulturoloji baxışı tədqiq olunur. Kitabda həmçinin Rəsulzadənin şəxsiyyətinin, həyat yolunun, ailə münasibətlərinin və yaradıcılığının müasir dövr Azərbaycan cəmiyyəti üçün bir dəyər olaraq qiymətləndirilməsinə dair elmi-publisistik məqalələr, müxtəlif dövlətlərdə həyatı və siyasi fəaliyyətinə aid az məlum olan, yaxud yeni aşkar edilmiş sənədlərin surətləri tədqiqatçıların şərhləri və ayrıca mətnləri ilə birlikdə təqdim olunur, M.Ə.Rəsulzadənin mühacirət dövrü Türkiyə və Almaniyada nəşr etdirdiyi kitab və jurnalların orijinal nüsxələrinin fotoları nümayiş etdirilir.

Kitab XX əsr Azərbaycan tarixinin və M.Ə.Rəsulzadə irsinin tarixi, siyasi, fəlsəfi, hüquqi, eləcə də dil, ədəbiyyat, mədəniyyət, publisistika baxımından öyrənilməsinə və araşdırılmasına maraq göstərən oxucu dairəsi üçün nəzərdə tutulmuşdur.

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...