Ömrün istinad nöqtəsi - Vətən sevgisi...

14:14 03-02-2022 | icon 540 | Cəmiyyət
Ömrün istinad nöqtəsi - Vətən sevgisi...

 Sərvər Mehrəliyev üçün də ömrün istinad nöqtəsi Vətən sevgisi idi...

BAYRAM MƏMMƏDOV
/Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim/

 

Qədim yunan alimi Arximed istinad nöqtəsini olduqca yüksək dəyərləndirirdi, hətta istinad nöqtəsi olsa, Yer kürəsini də çevirə biləcəyini deyirdi. Hərənin həyatda bir istinad nöqtəsi olur: savad, savada söykəkli dünyagörüş, ünsiyyət mədəniyyəti, milli mentalitetə bələdlik. Həm də bunların vəhdəti. Tanıdığım (və sevdiyim!), ömür yolunu sözlə süslədiyim zəngilanlı-ların hamısı üçün başlıca istinad nöqtəsi el sevgisi, torpaq sevgisi, Vətən sevgisi olub...

 

Sərvər Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilanın Şayıflı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1981-ci il noyabrın 5-dən Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhər Daxili İşlər Şöbəsində müstəntiq kimi əmək fəaliyyətinə başlayıb. Tələbə olanda müəllimimin dediklərini xatırlayıram: Müəllimin müəllimliyi ilk dərs gününün ilk saatından bilinir. Müstəntiq Sərvər Mehrəliyevin adı da, hadisələr və faktlar arasında mahiyyət uyğunluğu müəyyənləşdirmək qabiliyyə-ti də, faktları güclü məntiqi ilə təhlilə çəkmək, təhlili hadisənin reallığına cəmləş-dirmək bacarığı da ilk günlərdən bilindi. Rəisi ona həvalə edilmiş cinayət işinin sonluğu ilə tanış olanda gülümsünüb, "Sərvər bacarıqlı müstəntiqdir...", - deyib. Belə olmasaydı, ona təşəkkür elan edilməzdi. Belə olmasaydı, sıradan bir müstəntiq olmanın mənəvi sıxıntılarını çəkərdi.

 

Sərvər Mehrəliyev gərəkli kadr idi, həm də istedadı, bacarığı ilə seçilən (və sevilən!) kadr idi. Ona tapşırılan istintaq işini mükəmməl öyrənirdi, araşdırmalara, sorğulara başlamamış özünün ehtimallarını "mühakimə" edirdi. Neçə ehtimaldan neçəsini bu yolla istisna edirdi. Bu istisnalar cinayət işinin araşdırılmasında, müəyyən edilmiş müddətdə yekunlaşmasında, "Gerçək günahkarlar budur, bunlardır!" qərarının dönməzliyində mühüm əhəmiyyətə malik olurdu. Belə xidmət edirdi Sərvər Mehrəliyev. Sərvər Mehrəliyev belə müstəntiq idi.

 

Sərvər Mehrəliyev yalanı gerçəkdən ayırd edə bilirdi. Ona həvalə edilmiş cinayət işini araşdıranda istər şübhəli şəxs qismində dindirilənin (dindirilənlərin), istərsə də şahidlərin hadisənin mahiyyəti ilə bağlı dediklərinin gerçəkliklə hansı səviyyədə bağlılığını da duyurdu, bəzən deyilənlərin kiməsə böhtan olduğunu, yaxud yalan ifadələrlə kiminsə cinayətdə "əli olmadığını" təsdiqləmə meyllərini də. Ona görə yekunlaşdırdığı cinayət işlərinin heç biri məhkəmədən geri, təkrar istintaqa qaytarılmırdı. Rəislər belə müstəntiqi təbii ki, sevəcəkdilər, sevirdilər. Naxçıvan Şəhər Daxili İşlər şöbəsində ehtiramla əhatələnmişdi Sərvər Mehrəliyev...

 

...Dindirmələr, şahid ifadələri müqəssir kimi saxlanılanın günahkar olduğunu təsdiqləməkdəydi. Bir amil, bircə amil olmasaydı. Yaxşı müstəntiq, bacarıqlı müstəntiq həmişə bu bircə amilə istinad edir. Onda gerçəkliyə zərrəcə istər hüquqi, istərsə də məntiqi şübhə qalmır. Sərvər Mehrəliyev o bir amil üçün neçə-neçə vətəndaşla görüşdü, araşdırdığı cinayət işi ilə əlaqəsi olan-olmayan mətləblərdən söhbətləşdi. Və bu söhbətlərin sintezindən ayırd etdi ki, cinayəti tamam başqa birisi törədib, faktlar gözlənilməzliklərin də nəticəsi ola bilərdi, yaradılma da. Günahsız vətəndaş azad edildi. Həmin günə kimi özünü "aydan arı, sudan duru" aparan vətəndaş cinayət məsuliyyətinə cəlb olundu.

 

Həmin hadisədən bir neçə gün sonra yaşlı bir ana Sərvərin boynuna sarılmaq, onu oğlu əvəzi bağrına basmaq istəyib: "Sən mənim balamı gor əzabından xilas elədin, balamın balalarını illərin zülümündən. Allah yardımçın olsun, ay oğul..." Belə minnətdarlıqlar, təşəkkürlər çox olub. Xatırlananı da var, unudulanı, yaddan çıxanı da...

 

 

1987-ci ilin aprelində Azərbaycan SSR Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin istintaq hissəsinin müstəntiqi vəzifəsinə təyin edildi. Etimadı məsuliyyətin, məsuliyyəti xidməti uğurların başlanğıcı bilənlər zamanı (illəri) ömürləşdirməyi bacarır; Sərvər Mehrəliyev illəri həssaslıqla ömrünə ad edə bilirdi...

 

Bu vəzifədə iki il çalışdı. Kapitan Sərvər Mehrəliyev 1989-cu ilin avqustunda Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin İstintaq hissəsinin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə bölməsinin müstəntiqi vəzifəsinə təyinat aldı. Bu təyinat, mahiyyəti etibarı ilə, əvvəlki vəzifədən xeyli  fərqli vəzifə idi. Bu təyinat daha məsuliyyətli xidmət, hadisə və faktlara daha məsuliyyətli yanaşmalar tələb edirdi. Bunların dərki də, xidmətdə bunların işığına söykənmək də, əhmiyyətli iş metodlarının istər ayrılıqda, istərsə də vəhdətdə tətbiqini təşkil etmək də qeyd etdiyimiz sevginin zərrəsi kimi təzahür edir. Yeni xidmət yerində Sərvər Mehrəliyevə vaxtından əvvəl mayor rütbəsi verildi, 1990-cı ilin oktyabrında; mayor Sərvər Mehrəliyev kapitan Sərvər Mehrəliyevin xidmət yolunu böyük mə-suliyyətlə davam etdirirdi...

 

Elə xidmət sahələri var ki, orda çalışanların ömür payı ömürlərə paylanır, zərrə-zərrə. Bu paylanma şərti paylanmadı, bu paylanmada bir mənəvi çalar da var. Yəni xidmət edirsən, xidmətin ömürlər üçündü, dövlətə, dövlətçiliyə sədaqət kimi. Sərvər Mehrəliyev də belə xidmət edirdi.

 

İllər ötür, illər keçir. Yadda qalanı da olur. Yadda qalan illərdir ömrü ömür kimi dəyərləndirən. Belə illər sənin düşüncələrinin illəridi, könlünü telləndirən hadisələrin illəridi, sevdiyin (və bunun üçün yaşdığın!) Vətənə xidmətin əsgəri olmağın illəridi.

 

1995-ci ilin fevralıydı. Sərvər Mehrəliyev istintaq idarəsinin baş müstəntiqi vəzifəsinə təyin edilmişdi. Ömür yolunun dünənlərini xatırlamışdı. O dünənlərdə qalanların xatirə kövrəkli-yindən baxmışdı zamanın sabahlarına. Zamanın dünənlərinin zəmanəti ilə zamanın sabahlarının sədaqətli yolçusu olacaqdı. Hamı bəyənsin deyə, hamı dəyərləndirsin deyə bu yolun yenə dönməz yolçusu olacaqdı, el-obasına, Zəngilana, Azərbaycana sevgisini yaşaya-yaşaya yaşadacaqdı...

 

Bu vəzifədə az xidmət etdi. 1996-cı ilin mayında istintaq idarəsinin istintaq hissəsinin rəisi vəzifəsinə təyin olundu.

 

"Xidmət etmək" ifadəsinin mənəvi yüksəkliyi də var. O yüksəklik hər adamın adına ad olmur. Duru ömürlər o yüksəkliyin kölgəsində nəfəs dərir. Bu, xalqın xalq, millətin millət kimi formalaşmasının fəlsəfi yozumlarındandır. O fəlsəfi yozum deyir ki, xalq üçün yaşa ki, ömrün durulaşsın, dövlət üçün, dövlətçilik üçün yaşa ki, ömrün durulaşsın, sənə tapşırılanları məsuliyyətlə yerinə yetir ki, el sənə "Aydan arı, sudan duru ömür yaşayır" desin...

 

Güc strukturlarında vəzifə və rütbə anlayışları var. Hər vəzifəyə müvafiq rütbə müəyyənləşdirilir. İstisna hallarda müəyyən edilmiş rütbədən yuxarı vəzifələrə də təyinatlar olur, vəzifədə nəzərdə tutulmuş rütbədən yuxarı rütbə də verilir. Buna ancaq yüksək xidmətlə nail olmaq mümkündür. 2000-ci ilin mayında Sərvər Mehrəliyevə vəzifə ştatında nəzərdə tutulduğundan bir pillə yuxarı - polis polkovniki rütbəsi verildi. Bu, böyük etimad idi, xidmət müqabilində böyük dəyər idi. Yüksək rütbə, həm də bir pillə yüksək olmaqla həmişə zabitin xidmət yolunun işığına dönür: Mənə etibar edilib, mənə inanırlar. Mən daha böyük məsuliyyətlə xidmət etməliyəm ki, bu etibara görə özüm özümü qınamayım. Sərvər Həşdər oğlu hadisələrin, faktların fəlsəfəsinə ciddi maraq göstərirdi. Bu fəlsəfə onun dünyaduyumunun istiqamətini də müəyyənləşdirirdi, düşüncələrinin də nizamına dönürdü. Bu nizam illərin ömür düsturuna düzülməsində vasitə olurdu...

 

Polkovnik Sərvər Mehrəliyev 2001-ci ilin sentyabrında İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edildi. Bu, yüksək etimad idi...

 

Ölkə başçısının "Daxili İşlər Nazirliyində struktur dəyişikliyi edilməsi barədə" 30 iyun 2001-ci il tarixli Fərmanı ilə Baş İstintaq və Təhqiqat İdarəsi yaradıldı, rəhbərlik bu vəzifəyə polkovnik Sərvər Mehrəliyevi təyin etdi...

 

Azərbaycan Respublikasının suverenliyinin qorunması və möhkəmləndirilməsində göstərdiyi xidmətlərə, ictimai təhlükəsizliyin təmininə və cinayətkarlığa qarşı mübarizə işində fərqləndiyinə görə Sərvər Mehrəliyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 30 iyun 2003-cü il tarixli Fərmanı ilə ona "polis general-mayoru" ali xüsusi rütbəsi verilmişdi...

 

Sərvər müəllim daxili işlər orqanlarında çox böyük yol qət edib. Belə cavan yaşında, belə bir məsul vəzifə tutması, yüksək mövqe qazanması əlbəttə, sevindiricidir. Çox istedadlı, savadlı, bacarıqlı, peşəkar istintaqçı idi.

 

Sərvər Mehrəliyev layiqli bir ailənin, yaxşı bir kişinin övladıdır, gözəl nəslin nümayəndəsidir. Atası Həşdər kişi həyatda yaxşılıqlardan başqa heç bir şey bilməyib, süfrəsi çörəkli, qapısı qonaq-qaralı olub. Belə bir mühitdə böyüyüb boya-başa çatan insan, məncə, başqa cür də ola bilməzdi".

 

Polis general-mayoru Sərvər Mehrəliyev haqqında "Ürəkdən inanırdı, ürəkdən sevirdi, ürəkdən bağlanırdı, nə deyirdisə, ürəkdən deyirdi" deyənlər nə qədər haqlıdır!

 

Sərvər Həşdər oğlu el adamı idi, elin adamı idi. Sözü dinlənilirdi, məsləhətləri, tövsiyələri eşidilirdi. Səmimiydi, səmimiliyi ömrün bəzəyi bilirdi, dürüstlüyü - ömrün mənası...

 

2017-ci ilin fevralında DİN-nin Baş İstintaq və Təhqiqat idarəsinin rəisi vəzifəsindən təqaüdə çıxandan sonra uzun müddət xidmətdə göstərdiyi peşəkarlıq nəzərə alınaraq Daxili İşlər nazirinin müşaviri təyin edilmişdi. Yaxşı kişilərin məktəbində əsl həyat məktəbi keçmiş işıqlı insan  Sərvər Mehrəliyevin 2017-ci il mayın 4-də qəflətən dünyadan köçməsi istər dostları, istərsə də əzizləri üçün ağır itki oldu...

 

General Sərvər Mehrəliyev dürüst ömür yaşadı. Oğlu Cövdət də, Rüfət də ata yolunun sədaqətli, vətənsevər davamçılarıdır...

 

Onun ruhu illərlə narahatlıqla göy üzündə dolaşırdı. Vətən müharibəsindən sonra onun da ruhunun narahatlığı sovuş-du...

Generalın ruhu zəngilanlılar Zəngilana qayıdanda salavat çevirəcək...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi