“İslamda "Hacı", "Məşhədi", "Kərbalayi" titulu yoxdur”

11:00 04-02-2022 | icon 692 | Cəmiyyət
“İslamda "Hacı", "Məşhədi", "Kərbalayi" titulu yoxdur”

Tural İrfan: “...Bu  adamların Həccə getməsi haramdır"

 

...Sovet rejimi bizim insanlarımızda belə bir fikir formalaşdırıb ki, “islam dini” ancaq geridə qalmışlıq, başa çadra bağlamaq və qəbiristanlıqda quran oxumaq deməkdir. 

 

Bunu Versus.az -a ilahiyyatçı Tural İrfan müqəddəs yerlərin virtual ziyarəti ilə bağlı yaranan texniki imkanlar və real ziyarətlərin hansı zamanda olmasının zəruriliyi ilə bağlı fikirlərini açıqlayarkən bildirib.

 

Qeyd edək ki, artıq milyonlarla müsəlmanın zəvvar olaraq hər il ziyarət etdiyi müqəddəs torpaqlar Metakainat üçün açılıb. Səudiyyə Ərəbistanı Kəbə və Həcc məkanlarının simulyasiyasını virtual aləmə daxil edib. Bundan sonra müsəlmanlar müqəddəs yerlərə getmədən Hacər-ül Əsvəd -qara daşı görüb ona toxuna biləcəklər. Onlar hətta ətraf mühitin qoxusunu da hiss edəcəklər.

Virtual ziyarət  müsəlmanlar üçün nə bəxş edə bilər və ümumən hansı hallarda edilən ziyarətlər məqbuldur, qəbuldur?

 

T.İrfan virtual ziyarətin heç bir mənfi tərəfini görmədiyini deyib:

“Bu gün virtual olaraq Kəbəni ziyarət edə bilirik. Tutaq ki, siz özünüz Kəbəni, Həcc məkanlarını görmək istəsəniz qoşulacaqsız həmin proqrama və sizi o virtual aləmdə gəzdirəcək. Amma siz bununla Həcc ziyarətini yerinə yetirmiş olmayacaqsız.  Bu ola bilsin ki, o yerləri görmək, müşahidə etmək üçündür. Bu dünyada gedən texnoloji inkişafla bağlıdır. O zamanlar tutaq ki, Dəvələrlə Həcc ziyarətinə gedirdilər, indi samalyotla gedirlər.  İndi  onu da tənqid edək ki, niyə samalyotla gedirlər, dəvə ilə getsinlər. təbii ki, bu texnoloji inkişafın məhsuludur”. 

 

 

T.İrfan hesab edir ki, dinə “başa çadra bağlamaq”, “qəbiristanlqda mollalıq” kimi yanaşılma müasir dövr svilizasiyasına ən utanc gətirən məqamdır. Çünki vaxtilə İbn Sinalar, Fərabilər, İbn Rüştərlər kimi filosofların yetişməsində məhz islam dininin böyük təsiri olub.

 

Bununla yanaşı ilahiyyatçı bildirib ki, bizim insanlarımız adi, virtual ziyarətlə, Həcc ziyarətini qarışdırırlar:

 

“Elə bilirlər ki, Kəbəyə Məkkəyə hər dəfə getmək Həcc ziyarətidir. Xeyir. Kəbəyə yeganə olaraq Həcc ziyarəti mövsümü zamanı, yəni Zihidcə ayı ərəfəsində müəyyən ainlərin keçirildiyi vaxt gedirlər. Amma başqa vaxtlar ora getməyə “Ümrə” deyirlər.  Bu bir insanın gedib Piri ziyarət etməsinə bənzəyir. Yəni həmin aydan əlavə insanlar ora gedirsə, o Həcc sayılmır”.

 

T.İrfan ziyarətlərə gedib gələndən sonra insanlara verilən Hacı, Məşhədi, Kərbalayi titullarını saxta adlandırıb. O, bildirib ki, İslam dinində Hacı, Məşhədi, Kərbalayi titulları yoxdur:

 

“Buna bidət deyirlər, yəni dinə sonradan qoşulma anlayışlardır. Əgər doğru olsaydı, birinci peyğəmbər bu adı özünə götürərdi. Ona Hacı Məhəmməd deyərdilər, Hacı İmam Əli deyərdilər, Məşədi İmam Rza deyərdilər.  Yəni bu adlar qondarma bir şeylərdir.  Yaxşı titul olsaydı elə böyüklər bunu özlərinə götürərdi.  Bu bidətdir, riyakar adamlar, dindarlar özlərini yüksək tutmaq, müqəddəs göstərmək üçün o adları qondarıblar”.

 

T.İrfan bildirib ki, Həcc ziyarətini o adamlar edə bilər ki, onun maddı imkanı, vəziyyəti yüksəkdir, və onların qonşusunda, qohumunda, ölkəsində heç bir ac yalavac insan yoxdur:

 

“Hətta İslam xilafətinin elə dövrləri olub ki, 10-15 il Həccə  gedən olmayıb. Çünki xilafətin iqtisadi durumu elə zəif olub ki, məsələn kimsə İraqdan durub ora gedə bilməyib.  İndi təəssüf ki, ölkənin varlı adamları şan-şöhrət üçün Kəbəyə gedirlər. Azərbaycanda  hansısa məmurun qohumudur həmişə fəxrlə çıxış edib deyir ki, artıq 28-ci dəfədir artıq Həcc ziyarətinə gedirəm. Bununla Allaha nə vəd edir, millətə, dövlətə nə xeyir vermiş olur? Heç nə. Mən bir din adamı kimi deyirəm ki, bu adamların Həccə getməsi haramdır.  O qədər Həccə getməkdə haramdır. Əgər qonşunda bir nəfər ac adam varsa, əgər bir imdad diliyən adamə gözün görüb ona heç nə etmədən Həccə gedirsənsə sən cəhənnəmi satın alırsan.  Bu gün Azərbaycanda heç kimin boynunda  vacib deyil Həcc ziyarətinə getsin. Çünki Azərbaycanda sosial-iqtisadi vəziyyəti bilirik, kifayət qədər ac – zəlil adamlar var. Həcc üçün xərclənn pulları o insanlara, ailələrə vermək lazmdır.  Bunu QURAN deyir,  İSLAM deyir. Bu şəraitdə həccə gedənlərin nəinki duası qəbul olunur, əksinə onlar cəhənnəmi satın alırlar.  O dünyada hesab-kitab var. Allah ona sual verəndə ki, bəs sən görürdün camaat qan ağlayırdı, insanlar kasıb, müharibədən çıxmış ölkə, qazilərə dəstək lazımdır. Amma sən götürüsən 3 mini də verirsən Səudiyyə hökumətinə, Allahşükür Paşazadəyə.  Durub gəlmisən bura. Hə salam məleykim. Nədi-nədi Azərbaycana qayıdanda mənə Həci desinlər.  Sonra Səudiyyə rejimi də orda kəsilən qurbanları nə edir bəlli deyil.  Həmin pulları verirlər silahlara Yəməndə insanları bombalayırlar”. 

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi