“Prezidentin çıxışından qəlbən rahatlıq tapa bildik”
Müşfiq Ələsgərli: "Bu görüş həm də bir Master-Klass rolunu oynadı"
“O çıxışlardan başa düşdük ki, Azərbaycan dünyada nə baş verdiyinin fərqindədir. Azərbaycanın yeri harda olmalıdır, orda bilinir. Və bu istiqamətdə çox ciddi şəkildə addımlar atılır”.
Versus.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Prezidentin Gənclər Forumu ilə bağlı çıxışını dəyərləndirərkən bildirib. Onun sözlərinə görə, Prezident Forumda gənclərə kifayət qədər vaxt ayırıb.
O, Forumda Prezidentin kifayət qədər açıqlamalar verməsini, gəncləri maraqlandıran sualları cavablandırmasını çox müsbət hal kimi dəyərləndirib:
“Həmin suallar Azərbaycan xalqının düşüncəsində qalmışdı və həmin gün Prezident bu suallara geniş şəkildə açıqlama verdi. Ümumilikdə dövlət başçısı sövlət siyasəti, Qarabağ siyasəti, gənclər siyasəti, mövcud geopolitik durum, dünyada cərəyan edən proseslər, qlobal səviyyədə cərəyan edən proseslər haqqında çox gözəl fikirlər, açıqlamalr verdi. Biz bundan qəlbən müəyyən rahatlıq tapa bildik”.
M.Ələsgərli hesab edir ki, cənab Prezidentin gənclərlə keçirdiyi görüş həm də bir Master -Klass rolunu oynadı:
“Burda müasir dövrdə cərəyan edən proseslər, xüsusilə qloballaşma, onun yeni variantları və bunun içərisində Azərbaycan gənclərinin öz milli kimliklərini qoruyub saxlaması, inkişaf etdirib dövlətə, millətə töhvə verməyin yolları da göstərildi. Eyni zamanda Prezident bu sahədə gənclərdən gözləntilərin yol xəritəsini də verdi. Eləcə də dövlətin qloballaşma şəraitində Azərbaycan gənclərinin milli kimlik üzərində formalaşması naminə nələri eməsinə diqqət çəkdi. Və bu sahədə "dövlət siyasəti nədən ibarətdir-sualına aydınlıq gətirildi”.
M.Ələsgərli hesab edir ki, Prezident Azərbaycanı perspektivdə nələrin gözləməsi və fəaliyyət istiqamətlərinə aydınlıq gətirməklə çox ciddi mesajlar verdi... (hafta.az)
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"