“Gənclərin problemlərini hər gün gündəliyə daşımalıyıq” - TƏNQİD
Mütəllim Rəhimli: “Qohumbazlıq, rüşvətxorluq və korrupsiya halları gəncləri məhv edir”
“Azərbaycanda bütün sahələrdə hər bir fəaliyyət kağız üzərində və sözdə az qala ideal səviyyədədir. Lakin reallığa gəldikdə biz bunun əksini görürük”.
Bunu Ədalət Partiyasının sədr müavini, Avrasiya Universitetinin müəllimi Mütəllim Rəhimli gənclər günü ilə bağlı gənclərin üzləşdiyi problemlərə diqqət çəkərkən bildirib. O, təəssüflə qeyd edib ki, görülən işlər mövcud problemlərin həllinə yönəlmir, imitasiya məqsədi daşıyır.
Ölkəmizdə gənclərə münasibət də böyük həcmdə belədir. Torpaqlarımızı canı bahasına azad edən gənclərimizə münasibət, düşünürəm ki, adekvat deyil. Onlar lazımı səviyyədə təhsil ala bilmirlər, işlə təmin edilmirlər. Ölkəmizdə hökm sürən qohumbazlıq, rüşvətxorluq və korrupsiya halları layiqli gənclərin irəli çəkilməsinə imkan vermir. Beləliklə də istedadlılar üzə çıxarılmır və "məhv" edilir. Nəticədə cəmiyyətimiz beynəlxalq aləmdə gedən proseslərlə ayaqlaşa bilmir, rəqabətdə uduzur”.
M.Mütəllimli hesab edir ki, dövlətimizin inkişafını istəyiriksə, gənclərin problemlərini hər gün gündəliyə daşımalıyıq. Bunun üçün yalnız fevralın 2-ni gözləməyə ehtiyac yoxdur.
LƏMAN
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"