Mətbuat katibinə VƏZİFƏ VERİLDİ
Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər (Orucəliyeva) vəzifəsindən ayrılıb.
Versus.Az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabından paylaşım edib.
O qeyd edib ki, bundan sonra karyerasına BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam edəcək.
G.Orucəliyeva bildirib:
"Karyeramın son iki ilini həsr etdiyim Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsindən öz istəyimlə ayrıldım. Maraqlı, məsuliyyətli və məhsuldar təcrübə idi. Bundan sonrakı fəaliyyətimi BDU-nun tarixi muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyəm.
Mənə göstərilən etimada görə Universitet rəhbərliyinə təşəkkür edirəm. Bu işdə məndən dəstəyini əsirgəməyən - müəllimlərimə, iş yoldaşlarıma, həmkar dostlarıma sonsuz minnətdarlığımı bildirirəm. Bu vəzifəyə təyin olunacaq həmkarıma uğurlar arzu edirəm!"
Qeyd edək ki, Günel Orucəliyeva Elçin Babayevin müvafiq əmri ilə 2020-ci ildən universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, hazırda bu vəzifəyə təyinat yoxdur.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"