Erkən nigah hansı problemləri ortaya çıxarıb?
Lalə Quliyeva: "Məsuliyyət valideynlərin, erkən nigahda tərəflərdən ən yaşlısının üzərinə düşür"
Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva ALDP Baku News-a müsahibə verib.
Versus.Az həmin müsahibəni təqdim edir:
- ALDP qurultaya hazırlaşır. Hazırlıq işləri necə gedir?
-Hazırlıq işləri normal gedir. Təşkilat komitəsi yaranıb. Demək olar ki, sentyabr ayına qədər bütün işlər yekünlaşacag. Və təxminən sentyabrın əvvəlində qurultay keçiriləcək.
- Bu gün qadınların hansı problemlərlə üzləşdiyini deyə bilərsiz?
- Qadınların üzləşdiyi problemlər çoxdur. İşsizlik, ailə zorakılığı, erkən nigah, boşanma nəticəsində üşaqları tek böyüdmək kimi problemləri sadalaya bilərəm.
–Qızların erkən yaşda ailə qurmasına əsas səbəb nədi?
– Fikrimcə, bu, daha çox maddi problemlərlə əlaqədardır. “Tez evlənənlə tez yuxudan duran qazanar” şüarını əldə bayraq edən insanlar yeniyetmə yaşda övladlarını ailə sahibi edir və bununlada öz valideynlik borclarını yerinə yetirmiş hesab edirlər.
– Erkən nigah hansı problemləri ortaya çıxarıb?
– Erkən nikah quran ailələrdə bir sıra problemlər yaşanır, xüsusilə qızlarda ciddi sağlamlıq problemləri, mənəvi-emosional problemlər, dünyaya gələcək körpənin sağlamlığı ilə bağlı ciddi problemlər yaranır.
– Erkən nikahda əsas məsuliyyət kimin üzərinə düşür?
– Təbii ki burda məsuliyyət valideynlərin üzərinə və eyni zamanda erkən nigahda tərəflərdən biri daha yetkin yaşda olarsa, onun da üzərinə düşür.
- Problemlərin həllini necə görürsüz?
- Mənim fikrimcə, problemlərin həlli qadınların maarifləndirilməsindən keçir. Çalışacağıg ki, əsas işi bu istiqamətdə quraq.
- ALDP lideri Fuad Əliyev qadınların cəmiyyətdə üzləşdiyi problemlərin həlli ilə bağlı fikirləri bizim üçün maraqlıdır. Problemlərin həllini necə görür?
- ALDP sədri Fuad Əliyev bütün müsahibələrində və tədbirlərində qadınlara dəstək olacağı barədə hər zaman bildirib. Gördüyü işlərdəndə bunu açıq görmək olar. Qadınlar Şurası olaraq ALDP sədrinə öz təşəkürümüzü bildiririk ki, qadınların cəmiyyətdə üzləşdiyi problemlərin həlli ilə bağlı köməklik edir.
SEVDA
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"