“Media haqqında” qanun üstünlükləri

11:17 09-02-2022 | icon 397 | KİV
“Media haqqında” qanun üstünlükləri

Jurnalistlərə hansı hüquqlar verilir?

 

Fevralın 8-də Prezident İlham Əliyev “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb.

 

“Media haqqında” qanun Azərbaycan Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 13-cü bəndlərinə uyğun olaraq, media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, həmçinin kütləvi informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını müəyyən edir.

 

Bu qanun Azərbaycanda media islahatlarının “yol xəritəsi” kimi dəyərləndirilə bilər.

 

Qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır.

 

Qanun müasir tələblərə cavab verir. Ölkənin plüralist informasiya mühitinin gücləndirilməsinə şərait yaradır.

 

“Media haqqında” qanun bu günə qədər qanunun təsir qüvvəsindən kənarda qalan məsələləri tənzimləyir. Digər tərəfdən isə artıq tənzimlənən münasibətlərin yeni nizamasalma mexanizmlərini müəyyənləşdirir.

 

Qanun jurnalistlərin peşəkar fəaliyyətinin maneəsiz və effektiv həyata keçirilməsinə, media subyektlərinin yaradıcılıq və redaksiya müstəqilliyinin ən etibarlı şəkildə müdafiə edilməsinə və ifadə azadlığının möhkəmləndirilməsinə yönəlmiş təminat mexanizmlərinin daha da gücləndirilməsi üçün hüquqi əsas formalaşdırır.

 

Qanunla tənzimlənən və tənzimlənməyən media növləri arasında dəqiq sərhəd müəyyən edilir.

 

Sosial şəbəkələr, video paylaşım platformaları, habelə bloqer və bu kateqoriyadan olan digər fəaliyyət növləri qanunun təsir dairəsinə daxil edilməyib.

 

Qanunda jurnalist anlayışı daha geniş mənada istifadə edilir. Qanun rəsmi olaraq hər hansı media subyektində işləyən şəxslərlə yanaşı, “freelancer” kimi fəaliyyət göstərən şəxsləri də jurnalist adlandırır. Yalnız qəzet, jurnal, televiziya və radiolarda deyil, həm də veb-saytlarda fəaliyyət göstərən jurnalistlərin də statusunu müəyyənləşdirir, onlara da jurnalist statusundan istifadə hüququ tanıyır.

 

Qanuna əsasən, jurnalistlərə könüllülük əsasında vəsiqənin verilməsi nəzərdə tutulur. Bu, beynəlxalq praktikaya uyğundur.

 

Jurnalist vəsiqəsi jurnalistlərin tanınan hüquqlarının müdafiəsi mexanizminin təkmilləşdirilməsi və daha operativ təşkil edilməsi, onların inkişafına dəstək layihələrinin iqtisadi və hüquqi əsaslandırmasının formalaşdırılması məqsədi daşıyır.

 

Jurnalist bu vəsiqəni almadan da öz fəaliyyətini maneəsiz və yeni qanunla müəyyən edilən bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə bilər. 

 

Avropa ölkələrində geniş istifadə olunan təcrübədən yararlanaraq media subyektlərinin bildiriş xarakterli reyestrinin aparılması nəzərdə tutulur.

 

Bu yolla onlara fəaliyyətləri ilə bağlı bir çox istiqamətlərdə sadələşdirilmiş prosedurlardan istifadə etmək, habelə hüquqlarının müdafiəsini daha effektiv şəkildə həyata keçirmək imkanı tanınır.

 

İnformasiyanın əlçatanlığının və operativliyinin təmin edilməsi məqsədilə dövlət orqanları üzərinə media nümayəndələrinə hər hansı fakt və ya hadisə barədə ətraflı məlumat vermək öhdəliyi qoyulur.

 

Mediada dərc olunan və ya yayımlanan informasiyaya dair müəlliflik hüquqlarının qorunması məqsədilə mütərəqqi normalar müəyyənləşdirilib.

 

Jurnalistlərin öz yaradıcılıq məhsulları üzərindəki hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılmasına xüsusi diqqət yetirilir.

 

Fərqli media subyektləri tərəfindən eyni loqotipdən istifadə olunmasının qarşısını almaq, bu istiqamətdə anlaşılmazlıqların yaranması ehtimalını arada qaldırmaq məqsədilə media subyektlərinin və onların redaksiyalarının loqotiplərinin də reyestrə daxil edilməsi planlaşdırılır.

 

Milli mətbuatın inkişafına davamlı dəstəyin təmin edilməsi və mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən hazırkı dövrədək bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilib. Nəticə olaraq bir qisim jurnalistin mənzil-məişət şəraiti tam şəkildə dövlət büdcəsinin vəsaiti hesabına yaxşılaşdırılır.

 

Media Reyestrinə daxil edilmiş və jurnalistika sahəsində müəyyən qədər staja malik olan jurnalistlərə, habelə gənc ailənin üzvü olan jurnalistlərə mənzil almaları üçün dövlət dəstəkli güzəştli ipoteka kreditindən yaralanmaq hüququ verilir.

 

Prezidentin fərmanı cəmiyyəti obyektiv və qərəzsiz informasiya ilə təmin etmək kimi şərəfli bir peşəni icra edən jurnalistlərin sosial təminatının yaxşılaşdırılmasına əlavə təminat yaradır.

 

Jurnalistlərə dövlət təminatlı güzəştli ipoteka kreditindən istifadə etməklə öz gəlirləri hesabına mənzil ehtiyaclarını qarşılamaq üçün şərait yaradılır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi