Əməkdar rəssam vəfat etdi
Əməkdar rəssam Fəxrəddin Əli 84 yaşında vəfat edib.
Versus.Az xəbər verir ki, bu barədə məlumatı mərhumun yaxınları sosial şəbəkədə paylaşıblar.
Rəssamın fevralın 8-də müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi qeyd edilir.
Qeyd edək ki, Əliyev Fəxrəddin Vəli oğlu 10 may 1938-ci ildə Qərbi Azərbaycanda məşhur Nüvədi kəndində doğulub. Ordubad Pedaqoji texnikumunu bitirəndən sonra İmişlinin Cəfərli kəndində 2 il müəllim işləyib. Bakıda Ə.Əzimzadə adına Rəssamlıq məktəbinə daxil olub, oranı bitirib hərbi xidməti başa vurduqdan sonra isə Rəssamlıq İnstitutunda oxuyub.
Əməkdar rəssam mindən çox miniatür rəsm, portret, illüstrasiya müəllifidir. F.Əlinin əsərləri AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, eləcə də ölkəmizdə və xaricdə muzeylərdə saxlanılır.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"