Bakıda M5 jurnalının Mərkəzi Asiya və Qafqaz nümayəndəliyi təsis edildi
Türkiyə mətbuatı xəbər verir ki, ölkənin sürətlə inkişaf edən müdafiə sənayesi, dünya müdafiə sənayesi inkişafları və xarici siyasətinin nəbzini saxlayan M5 jurnalinın heyətini gücləndirməyə davam edir.
Türk, ingilis və ərəb dillərində yayımlanaraq dünyanın hər yerinə çatan M5, dost və qardaş ölkə olan Azərbaycanda Orta Asiya və Qafqaz rəsmi nümayəndəliyini Bakıda da açıb.
Azərbaycanın aparıcı analitiklərindən biri olan Ruslan İmamquliyev M5 jurnalının Bakıda yerləşən Mərkəzi Asiya və Qafqaz üzrə tək rəsmi nümayəndəsi kimi fəaliyyətə başlayıb.
Bu barədə Versus.az-a açıqlama verən M5 jurnalının Mərkəzi Asiya və Qafqaz üzrə nümayəndəsi R.İmamquliyev bildirib ki, M5 jurnalı, müdafiə və strategiya sahələrində 1974-cü ildən başlayaraq Türkiyənin tək və ən köklü nəşriyyat organıdır.
“Milli müdafiə həmlələrinə dəstək verən və davamında hərbi sahədə inkişafın global miqyasda işıqlandırılması mövzusunda da önəmli icraatlara imza atan M5, xarici strateji qurumlarla və mətbuat organlarıyla müxtəlif sahələrdə əməkdaşlıq etməkdədir.
M5, hərbi texnologiyalarla yanaşı xarici siyasət, ölkə analizləri, güncəl gedişatlar, qısa, orta və uzun dönəmlər üzrə strateji və təhlükəsizlik perspektiflərini təqdim edən bir beyin mərkəzi qurumu olmaq hədəfi ilə fəaliyyət göstərməkdədir”-deyə, R.İmamquliyev perspektivi müsbət dəyərləndirib.
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"