"Ordu mənsublarının sosial çətinlikləri olmamalıdır"
Ruslan İmamquliyev: "Əsgəri küsdürmək düşmən dəyirmanına su tökməkdir"
"Ordu dövlətin onurğa sütunudur və güclü olduğu qədər başımız dik bu torpaqlarda yaşamağa hüququmuz olacaq. Hərbiçi olmaq bir peşə deyil, həyat tərzidir və bu yolda həyatını adayanların geyindikləri uniforma şəhid libası olduğu üçün onlara hörmətlə yanışılmalıdır".
Versus.az vəbər verir ki, bu barədə M5 Müdafiə və Strategiya Dərgisinin regional rəhbəri Ruslan İmamquliyev "hərb, hərbçi, hərbi uniforma və ona tələb olunan yanaşa" ilə bağlı şərhində bildirib.
R.İmamquliyev hesab edir ki, məhz bu səbəblə ordu mənsubları heç bir məişət problemi haqqında düşünməməlidir, sosial çətinlikləri olmamalıdır:
"O, düşmən qarşısında sipər ikən geridə qoyduğu ailəsi haqqında narahat olmamalıdır. Məsələyə bu məzmunda baxsaq, hərbçilərimizin sosial vəziyyətini nə qədər yaxşılaşdırsaq da, bir o qədər azdır. Bu istiqamətdə işlər davamlı getməlidir. İstər onların mənzil problemlərinin həlli olsun, istərsə də təqaüdləri, maaşları və digər təminatları hər zaman mükəmməl şəkildə təmin olunmalıdır".
R.İmamquliyev bildirib ki, bu işlərin tənzimlənməsində məmur olanlar Ali Baş Komandanın qeyd etdiyi kimi, xalqın xidmətində dayanmağa borclu olduqlarını unutmasınlar:
"Dövlətin və millətin mükəlləf əsgərlərini küsdürməyə çalışmaq düşmən dəyirmanına su tökməkdir. Azərbaycan əsgəri qürurludur və hər nə olursa olsun xalqının təhlükəsizliyinin təminatçısıdır. Bu səbəblə vəzifə borclarımızı icra edərkən çox daha diqqətli olmalıyıq”.
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"