"İndiyə qədər beynəlxalq təşkilatlar buna göz yumurdu"

12:44 12-02-2022 | icon 750 | Cəmiyyət
"İndiyə qədər beynəlxalq təşkilatlar buna göz yumurdu"

Qasım Hacıyev: “YUNESKO buna münasibət bildirsə, çox mütərəqqi hal olar”

 

YUNESKO nümayəndələrinin Azərbaycana və Ermənistana səfəri və tarixi mədəniyyət abidələrinin araşdırılması ilə bağlı məsələ gündəmdədir.

 

Xəbər verildiyi kimi, Azərbaycan Xarici İşlər Nazirliyi Yunesko-nun regiona nümayəndələr göndərmsi ilə bağlı məsələyə açıq yanaşdığını elan edib və “top”un Ermənistan tərəfdə olduğunu bildirib. 

 

Maraqlıdır, YUNESKO tək Azərbaycan daxilində olan abidələri yox, Ermənistanda Azərbaycan mədəniyyətinə aid olan abidələrin araşdırılması faktını qəbul edəcəkmi? Bu müstəvidə YUNESKO-dan ədalət gözləmək olarmı?

 

Bu barədə Versus.Az-a açıqlama verən Qafqazşünaslıq İnstitunun Ermənişünaslıq Şöbəsinin müdiri Qasım Hacıyev Azərbaycan tarixi həqiqətlərinin dünyaya çatdırılması üçün yeni şəraitin yarandığını deyib.

 

Tarixçi-alim bildirib ki, bu, fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı, Fransa respublikasının prezidentləri və Ermənistan baş naziri ilə onlayn görüşdə özünü göstərdi:

 

“Həmin toplantıda Prezident məlumat verdi ki, Azərbaycanın indiki Ermənistan ərazilərində tarixi və mədəniyyət abidələri var və onların çoxu dağıdılıb, məhv edilib.

Əvvəllər Avropa, beynəlxalq təşkilatlar belə fikirləri, şikayətləri Azərbaycandan eşidəndə qulaqardına verirdilər. Amma Azərbaycan dövlət başçısının təkidli tələbindən sonra YUNESKO buna müsbət cavab verməli oldu. Görüşdən sonra müraciət olundu ki, həmin ərazilərdəki tarixi abidələr öyrənilsin, dünyanın mədəni irsini qoruyan böyük bir təşkilatın bundan xəbəri olsun”.

 

Q.Hacıyev bu yanaşmanı mütərəqqi hal hesab etdi. Onun sözlərinə görə, indiyə qədər beynəlxalq təşkilatlar ermənilərin işğal siyasətini və törətdikləri cinayət əməllərini bilsələr də beynəlxalq təşkilatlar buna məhəl qoymurdu, göz yumurdu:

 

“Artıq YUNESKO kimi beynəlxalq təşkilatın buna münasibət bildirməsi çox mütərəqqidir. Beləliklə, YUNESKO-dan gələn nümayəndələrə siyahılar veriləcək, abidələr barədə yazdıqlarımzı, bildiklərimizi toplayaraq əsas fikrin formalaşmasına şərait yaradacağıq”.

 

Q.Hacıyev bildirib ki, indiki Ermənistan ərazisində olan Qərbi Azərbaycan toponimləri hamısı ya təhrif olunub, dəyişdirilib, ya da erməniləşdirilib:

 

“Ötən əsrdə əhalisi 2-3 dəfə deportasiya olunmuş xalqın mədəni irsi dağıdılıb. Bu günə qədər Qərbi Azərbaycanda yüzlərlə tarixi abidələrimiz, qəbiristanlıqlar, Azərbaycan xalqının yaratdığı mədəni irs, məscidlər, məhv edilib. Dağıdılmayan məscidlər isə başqa ölkələrə - İrana, Türkmənistana yalan məlumat vermək üçün saxlanılıb. Biz özümüz dəfələrlə ermənilərin Şuşada yalançı arxeolji qazıntılar apamaları, yalançı Tiqranakert tapdıqları haqqında, eləcə də Xankəndi ətrafındakı qazıntılarda erməni izləri aşkarlamaları barədə olan yalanlarına qarşı çıxış edərək dəfələrlə beynəlxalq qurumlara müraciət etmişik. Lakin heç bir münasibət göstərilməyib”.

 

Q.Hacıyev hesab edir ki, əgər bütün bu hallar bu gün YUNESKO tərəfindən yoxlanılıb ədalətli prinsiplə siyahıya alınarsa, bunu yalnız alqışlamaq olar.

 

T.Qafarlı
Versis.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi