Qənirə Paşayeva gənc rəssamlarla görüşüb
"Azərbaycan rəssamlıq məktəbinin sabahı bugünkü gənc nəsildən asılıdır"
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bir qrup istedadlı yeni nəsil rəssamı ilə görüşüb, onların yaradıcılıq uğurları, planları və qayğıları ilə maraqlanıb.
Q.Paşayeva ölkə Prezidentinin 2022-ci ili Şuşa İli, otən ilsə Şuşanı Azərbaycanın Mədəniyyət Paytax elan etməsini, yaradıcı insanlar, o cümlədən rəssamlar, heykəltaraşlar üçün də bir çağırış - yeni sənət üfüqlərinə dəvət olaraq xarakterizə edib.
Gənc rəssamları düşmən üzərində tarixi zəfərimizi, azad edilmiş torpaqlarımizda quruculuq işlərini öz duyğu və düşüncələri ilə ifadə etməyə səsləyən Q.Paşayeva, özünəxas ənənələri olan Azərbaycan rəssamlıq məktəbinin sabahının bugünkü gənc nəsildən önəmli dərəcədə asılı olduğunu deyib, rəssamlara uğurlar arzulayıb.
Görüşdə iştirak edən Emin Qəhrəmanov, Günel Rabilova, Elşən Karaca, Safura İbrahimova, Elçin Yəhyayev və xalçaçı rəssam Arzu Zeynalova səmimi görüş üçün Mədəniyyət Komitəsinin sədri Q.Paşayevaya təşəkkür edib.
Görüşdə iştirak edən RHİM İB sədri Arzu Bağırova da rəssamlara gələcək fəaliyyətlərində uğurlar diləyib.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"