Sayğacların sərfiyyatı çox yazmasının SƏBƏBİ

13:04 18-02-2022 | icon 597 | İqtisadiyyat
Sayğacların sərfiyyatı çox yazmasının SƏBƏBİ

“Azəriqaz” İB-yə qaz sayğaclarının sərfiyyatı çox yazması ilə bağlı müraciətlər daxil olur”.

 

Versus.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin şöbə rəisi Xalidə Şimşək məlumat verib.

 

Şöbə rəisi bildirib ki, şikayətlərin əksəriyyəti cavablandırılır və onların əsassız olduğu məlum olur:

 

“Yoxlamalar zamanı sayğacdan sonrakı qaz xəttində sızmalar araşdırlır. Bunu aydınlaşdırmaq üçün qaz qurğularını bağlayır və bundan sonra sayğacın işləyib işləmədiyinə baxılır. Digər bir ehtimal mənzildaxili sızmalarla bağlıdır. Bunu mənzildaxili yoxlamalar zamanı aşkar edə bilirik”.

 

O əlavə edib ki, çox insanlar əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacları yeni sayğaclarla əvəzləndikdən sonra bu fikirdə olublar:

 

"Bu da smart-kart tipli sayğaclar vasitəsilə insanların mütəmadi olaraq az məbləğdə ödənişlər etməsindən qaynaqlanır. Biz bu abonentlərə smart-kart tipli sayğacla olan ödənişlərin və indiki sayğacla olan ödənişlərin miqdarını təqdim edirik. Böyük fərq olmur”.

 

Xalidə Şimşək qeyd edib ki, problemli sayğaclar da ola bilər və əgər əməkdaşlarımız sayğacda hər hansı problem aşkar edərsə, bu zaman yenilənmə həyata keçirilir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...