"Bu vəzifələri ləğv etmək lazımdır" - AÇIQLAMA
Dinarə Məmmədova: "Büdcədən bu sahəyə 220 milyon manat vəsait ayrılır"
“Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsindən istefa verdi. Amma o, AMEA-nın Rəyasət Heyətinin üzvü kimi qalıb”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Dinarə Məmmədova bildirib.
Dinarə Məmmədova hesab edir ki, nəinki Ramiz Mehdiyev, digər yaşlı akademiklər də AMEA-nın Rəyasət Heyətinin üzvlüyündən kənarlaşmalıdır:
Rəyasət Heyətinin ən “gənc” akademikinin 63 yaşı var. Əksəriyyət üzvlər 75 yaşı keçib. Hətta 90-dan yuxarı olan yaşlı akademiklər var. Hesab edirəm ki, Akademiyada köklü islahatlar aparılmalıdır, gənc alimlərə geniş imkanlar verilməlidir. Hörmətli akademiklər bu günə qədər hansı nailiyyətlər əldə ediblər ki, bu yaşlarında elm üçün nesə edə bilsinlər. Rəyasət Heyətində, İnstitut rəhbərliyində olan bu yaşlılar öz yerlərini gənc alimlərə verməlidirlər. Köklü islahatlar aparılmalıdır, gənc alimlərərə geniş imkanlar verilməlidir”.
Dinarə Məmmədova dövlət büdcəsindən elmə ayrılan vəsaitin az olduğunu da vurğulayıb:
“Elmlər Akademiyasının nəzdində olan İnstitutların ştat cədvələrinə nəzər salsaq görərik ki, bu ştat cədvəli “şişirdilib”, lazımsız və yaxud bir-birlərini təkrar edən vəzifələr var. Bu vəzifələri ləğv etmək lazımdır. Büdcədən bu sahəyə 220 milyon manat vəsait ayrılır. Onsuz da elm üçün az olan bu vəsaitin demək olar ki, böyük bir hisəsi, “şişidilmiş” cədvələ uyğun maaşa gedir. Belə olan halda elm necə inkişaf etsin, hansı elmi nailiyətlər əldə etmək olar?!”.
SEVDA
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"