Mürvət Həsənli ictimai Birliyə sədr SEÇİLDİ

16:57 22-02-2022 | icon 498 | Cəmiyyət
Mürvət Həsənli ictimai Birliyə sədr SEÇİLDİ

Quşçuluqla məşğul olan sahibkarlar bu qurumda birləşəcək

 

Azərbaycanda tanınmış iş adamlarından biri olan Mürvət Həsənli “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri seçilib.

 

Versus.Az xəbər verir ki, bununla bağlı qərar bu gün Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və “Quşçular Cəmiyyəti” İctimai Birliyi arasında keçirilən görüş zamanı qəbul olunub.

 

Tədbirdə “Quşçular Cəmiyyəti” İctimai Birliyinin adının dəyişdirilərək “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi adlandırılması barədə qərar qəbul olunub və müzakirələrdən sonra qurumun nizamnaməsinə dəyişikliklər təsdiq edilib. Səsvermə nəticəsində uzun illər quşçuluq təsərrüfatı sahəsində çalışan, kifayət qədər təcrübəli və bacarıqlı iş adamı kimi tanınan Mürvət Həsənli Assosiasiyanın sədri seçilib.

 

Adı dəyişdirilən və yenilənən Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb və birliyə yeni üzvlər seçilib. Həmçinin, qurumun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsi qərara alınıb.

 

Xatırladaq ki, bu gün Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və “Quşçular Cəmiyyəti” İctimai Birliyi arasında keçirilən görüşdə “Ölkədə quşçuluğun mövcud vəziyyəti və qarşıda duran vəzifələr” mövzusu müzakirə edilib. Görüşdə sahibkarlar tərəfindən quşçuluğun inkişafına yardım edəcək çoxsaylı təkliflər verilib və həmin təkliflər nazirlik nümayəndələri tərəfindən qeydə alınıb. /AzPolitika.info/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi