Sağlamlıq imkanı məhdud insanlar üçün DƏRZİLİK KURSU

19:43 22-02-2022 | icon 559 | Cəmiyyət
Sağlamlıq imkanı məhdud insanlar üçün DƏRZİLİK KURSU

Gülnarə Səlimova: "Əsas ideya bu insanların sosial-məşğulluq fəaliyyətini daha məhsuldar səviyyəyə gətirməkdir"

 

"GülSam” Əlillərin Reabilitasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sağlamlıq imkanları məhdud şəxslər üçün dərzilik üzrə peşə kurslarının təşkili”ni həyata keçirir.

 

Bu barədə Versus.az-a məlumat verən "GülSam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin sədri Gülnarə Səlimova bildirib ki, artıq "GülSam" öz məqsədinə doğru uğurla irəliləyərək fəaliyyətinə start verib.

 

Gülnarə xanım qeyd edib ki, aidiyyatı üzrə yaradılan dərzilik üzrə peşə kursları üç ay müddətində öz işini yekunlaşdıracaq:

 

"Fevralın 1-dən start götürən kurslar may ayının 1-dək davam edəcək. Layihədə 15 nəfər iştirakçı nəzərdə tutulsa da, artıq kurslarda iştirak etmək üçün İctimai Birliyimizə 20 nəfər müraciət edib. Kursun ümumi saatı 48 saatdır".

 

G.Səlimova bildirib ki, kurs kursun iştirakçıları əlillər, əlil ailələri, şəhid və qazi ailələri, sosial durumu zəif olan ailələrdir:

 

"Təbii ki, əsas ideya layihə çərçivəsində ehtiyacı olan insanların sosial-məşğulluq fəaliyyətini günün tələblərinə uyğun daha məhsuldar səviyyəyə gətirməkdir".

 

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...