"“İki daşın arasında” çamur atanlar nə istəyir?"
Elçin Mirzəbəyli: “Azərbaycanın nəhəng bir coğrafiyanın parlaq ulduzuna çevrildiyinə şahidlik edin”
““İcazəsizləri”, daha dəqiq desək icazələri “beşinci kolon” kimi fəaliyyət göstərməkdən ibarət olanların, qrant dəllallarının, muzdlu nüfuz müvəkkillərinin hay-küyünü başa düşürəm. Aldıqları təlimata uyğun davranırlar. Amma baş verənləri mövcud reallıqlar çərçivəsində, həm də faktlara istinad edərək, soyuq məntiqlə şərh edənlərə “iki daşın arasında” çamur atanlar nə istəyir, görəsən? Azərbaycanın informasiya məkanı beyni daxili orqanların funksiyasını yerinə yetirən “pampers qafalılar”ın ümidinəmi qalıb? Səbrinizi basın Və Azərbaycanın nəhəng bir coğrafiyanın parlaq ulduzuna çevrildiyinə şahidlik edin".
Versus.az xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli Moskva bəyannaməsi ilə bağlı sosial şəbəkəlrədə aparılan əks çıxışlarla bağlı elə sosial şəbəkədəki şərhinə bildirib.
"2008-ci il, iyulun 3-də Azərbaycanla Rusiya arasında imzalanan dostluq və strateji tərəfdaşlıq haqqında bəyannamənin nəticələri prizmasından yanaşıb. O, bildirib ki, bu hadisədən cəmi 1 ay sonra Gürcüstanla Rusiya arasında müharibə baş versə də, ölkəmiz 2008-ci ilin qızmar avqustundan itkisiz və ən əsası alnıaçıq çıxdı".
E.Mirzəbəyli qonşu Gürcüstana münasibətdə Azərbaycan xalqının yardımsevərliyinin ən yüksək səviyyədə nümayiş etdirilməsinə də diqqət çəkib:
Politoloq hesab edir ki, Rusiya ilə strateji tərəfdaşlıq haqqında bəyannamə Azərbaycanın xarici siyasət kursunun təməl prinsiplərinə, ölkəmizin siyasi, iqtisadi və hərbi cəhətdən müstəqilliyinə hər hansı bir təsir göstərmədi. Əksinə, Rusiya ilə münasibətlərin daha etimadlı müstəviyə daşınmasına zəmin yaratdı ki, bu da özünü 44 günlük Vətən müharibəsində qabarıq şəkildə nümayiş etdirdi...
Onun fikrincə, qeyd olunan sözügedən bəyannamədə təhlükəsizlik sahəsində sıx əməkdaşlıqdan, hətta birgə fəaliyyətdən başlayaraq, beynəlxalq təcrübədə mövcud olan bütün əməkdaşlıq istiqamətləri öz əksini tapıb:
“”Xəzərin hüquqi statusu haqqında” Konvensiyanın hazırlanması və qəbul edilməsi istiqamətində ciddi addımlar atıldı. Azərbaycanın mövqeyi və maraqları hər iki ölkənin iştirak etdiyi proseslərdə nəzərə alındı və ölkəmizin suveren hüquqlarını məhdudlaşdıracaq, iqtisadi və siyasi maraqlarımıza zərbə vura biləcək ciddi, tutarlı faktlar nəzərə çarpmadı”.
E.Mirzəbəyli hesab edir ki, baş verənlərin mahiyyətinə varmadan, proseslərin gedişatının bizi hansı müstəviyə daşıyacağını təxmin etmədən, hətta müttəfiqlik haqqında sənədin məzmununun nədən ibarət olacağını belə bilmədən sosial şəbəkələrin “tufan qoparan” “icazəli qəhrəman”larının nə istədiklərini anlaşılmazdır.
LƏMAN
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"