"Rusiyanın apardığı müharibə onun aqressiyası, hərbi cinayətidir"
Vüqar Dadaşov: “Rusiya reallığı qəbul etmirsə, onun üçün öhtəlik də yoxdur, deməli hüquq da yoxdur”
“Beynəlxalq hüquqda normalar BMT-nin nizamnaməsinə uyğun olarq tətbiq olunur. Yəni əgər BMT, Rusiya özü bir ərazinin müstəqilliyini tanıyıbsa, ərazi sərhədlərinin pozulması artıq hərbi təcavüzdür və nəinki müharibə cinayətidir və hətta Haaqa məhkəməsi nümunəsində həll oluna bilinər. Bu gün Rusiya Ukraynaya hücum etməklə həm hüquqi baxımdan, həm faktiki strateji, psixoloji baxımdan tələyə salınıb. Ola bilər ki, Rusiya təcavüz nəticəsində müəyən əraziləri tutsun. Hətta Ukraynanın hərbi zəifliyi fonunda qələbə qazansa da, öz məhvini yaxınlaşdıracaq”.
Versus.az xəbər verir ki, bunu Ukrayna-Rusiya müharibəsinin hüquqi aspektlərini şərh edərkən hüquqşünas Vüqar Dadaşov bildirib.
V.Dadaşov qeyd edib ki, bütün müstəvilərdə hüquq ədalət prinsipidir və tərəflərin qarşılıqlı razılaşmasını təsdiq etməsidir. Onun fikrincə, yəni hər hansı iddiaçı tərəf məsələni qəbul etdiyi zaman onun üçün öhtəlik yaranır:
“Əgər Rusiya reallığı qəbul etmirsə, onun üçün öhtəlik də yoxdur, deməli hüquq da yoxdur. Bu baxımdan Rusiya Ukraynanın müstəqilliyini qəbul etmirsə və rəsmi səviyyədə elan edirsə ki, zəbt edəcək, deməli bağladığı ən ciddi müqavilələr də təsir gücünü itirir. Ona görə də biz Rusiyanın Ukraynaya hücum edərkən, yaxud başqa sahələrdə beynəlxalq hüquqa söykənərək hərəkət edəcəyini deyə bilmərik. Rusiya bütün hadisələrə ancaq öz qanunlarına, konstitusiyasına istinad edərək yanaşır və o prosesi öz daxilində aparır”.
V.Dadaşov Rusiyanın beynəlxalq hüquq tanımadığını hələ Qarabağa sülhməramlıların yerləşdirilməsi zamanı da meydana çıxdığını xatırladıb:
“Bu cür faktları gürcüstanla bağlı söyləmək olar. Rusiya Qarabağa sülhməramlı yerləşdirərkən öz daxilində özünün qanun pozuntusuna yol vermişdi. 3 gün ərzində sülhməramlıların Qarabağa yerləşdirilməsini rəsmiləşdirməyə çalışırdı. Görünən odur ki, Rusiyanın öz həqiqətləri var. Ancaq beynəlxalq hüquq deyəndə, əgər Rusiya Ukraynanın ərazi bütövlüyünü tanıyıbsa və o şəkildə BMT üzvülüyünə daxil olubsa, təbii ki, bu gün Rusiyanın apardığı müharibə onun aqressiyası, hərbi cinayətləridir. Bu aqressiyaya heç cür haqq qazandırmaq olmaz. Bu gün baş verən hadisələr əslində Ukraynanı bir vasitəyə çevirib. Ukrayna xalqı və dövləti bir qurbanlıqdır, kəsilir. Burda Rusiyanın öz ambissiyaları var, Qərbin öz ambissiyaları var. Burda zərərçəkən konkret olaraq Ukrayna xalqıdır. Onun tərəfinə nə Qərb dayanıb, nə də Rusiya”. (hafta.az)
LƏMAN
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"