“76 min nəfərin adı “Zəfər” altsistemi vasitəsilə portala daxil edilib”
“Müharibə veteranı” adının verilməsi üçün məlumatların “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilməsi məqsədilə Müdafiə Nazirliyində fəaliyyət göstərən komissiyanın işi davam edir.
Versus.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Vurğulanıb ki, təqdim edilən sənədlər və daxil olan müraciətlər əsasında döyüşlərdə iştirak etmiş 76000 nəfərin adı artıq “Zəfər” altsistemi vasitəsi ilə portala daxil edilib:
“12616 nəfərin döyüşdə iştirakı ilə bağlı məlumatlar araşdırılır, qeydlərin düzgünlüyü dəqiqləşdirilir.
Qeyd edək ki, “Müharibə veteranı” adının verilməsi ilə bağlı vətəndaşlardan daxil olan müraciətlər Müdafiə Nazirliyinin müvafiq komissiyası tərəfindən rəsmi qaydada cavablandırılır.
Verilən cavabla qane olmayan bəzi vətəndaşlar sosial şəbəkələr vasitəsilə əsassız fikirlər səsləndirərək komissiyanın fəaliyyəti barədə ictimaiyyətdə yanlış fikir yaratmağa çalışırlar. Bildiririk ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq “Müharibə veteranı” adının verilməli olan bütün şəxslər barədə məlumatlar “Zəfər” altsistemi vasitəsi ilə portala daxil ediləcək.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"