Akademik Nailə Vəlixanlının yeni kitabı TƏQDİM OLUNDU

19:36 03-03-2022 | icon 600 | Cəmiyyət
Akademik Nailə Vəlixanlının yeni kitabı TƏQDİM OLUNDU

Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Baş direktoru, Akademik Nailə Vəlixanlının “Zəngəzur - ərəblərdən monqollaradək” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbiri giriş sözü ilə akademik Nailə Vəlixanlı açıb. O, müəllifi olduğu kitabın əhəmiyyətindən danışaraq, bildirib ki, müxtəlifdilli mənbələrin və müvafiq elmi araşdırmaların nəticələrinin müqayisəli təhlili əsasında yazılmış bu kitabın tarixi Azərbaycan ərazisinin bir hissəsi olan, XIV yüzildən Zəngəzur adlandırılan bölgənin ərəb və monqol işğalları arasındakı altı əsrlik dövrünün tədqiqinə həsr edilib.

 

N.Vəlixanlı qeyd edib ki, tədqiqat çərçivəsində bölgənin erkən orta əsrlər dövrü tarixinə dair, xüsusilə, erməni tarixşünaslığında olan qərəzli və ziddiyyətli iddiaları, yanlış mülahizə və fikirləri təkzib olunub. Həmçinin müəllif kitabda həmin dövrdə Qafqaz Albaniyasının vilayətlərindən olan, Zəngəzur bölgəsinin böyük hissəsini əhatə edən Sünikin (Sisəcan, Sisakan) siyasi tarixi, əhalisinin dili və dini, eləcə də bölgədaxili və xarici münasibətlərlə bağlı məsələ və problemlərinin də araşdırıldığını vurğulayıb.

 

Muzeyin icraçı direktoru, t.ü.f.d., dosent Fərhad Cabbarov çıxışında adıçəkilən kitabın elmi-nəzəri əhəmiyyətindən söz açıb. O, qeyd etdi ki, akademik Nailə Vəlixanlının Zəngəzur bölgəsinin VII-XII əsrlər dövrü tarixinə dair dəyərli tədqiqatı bu bölgənin bütövlükdə Azərbaycanın, o cümlədən Qafqaz Albaniyasının tarixində xüsusi önəm daşıdığını bir daha təsdiq edir.

 

Daha sonra AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı, AMEA-nın vitse-prezidenti Gövhər Baxşəliyeva, A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professoru Kərim Şükürov, akademik Nərgiz Axundova, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov, Elm Tarixi İnstitutunun direktoru, professor Məryəm Seyidbəyli, A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə icraçı direktor Cəbi Bəhramov, Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin müdiri, t.e.d. Tofiq Nəcəfli, Azərbaycanın qədim tarixi şöbəsinin müdiri Allahverdi Əlimirzəyev kitabın ərsəyə gəlməsində Nailə Vəlixanlıya öz minnətdarlıqlarını bildirdilər və bu kitabın rus, ingilis dillərində tərcümə olunaraq dünya ictimaiyyətinə çatdırılmasını təklif etdilər.

 

Sonda Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Sayılov çıxışında Nailə xanımı yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik etdi. B.Sayılov həmçinin Azərbaycan tarixinin 300 mindən artıq dəyərli materiallarının qorunması və onların nəfis nəşrlər vasitəsilə tədqiqi və təbliğində 24 il ərzində muzeyə rəhbərlik edən Nailə xanımın xüsusi rolu olduğunu da vurğuladı.

 

Tədbirdə həmçinin АMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun magistrantları da iştirak edib.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi