Taekvondo yığmamız İrana yola düşür

16:40 04-03-2022 | icon 660 | İdman
Taekvondo yığmamız İrana yola düşür

Taekvondo üzrə böyüklərdən ibarət milli komanda İrana yollanır.

 

Versus.Az xəbər verir ki, paytaxt Tehranda 6-9 mart tarixlərində keçiriləcək “Fəcr Açıq”, ardından isə 10-13 mart tarixlərində Asiya regionu üzrə “Prezident Kuboku” G2 kateqoriyalı beynəlxalq turnirində iştirak edəcək millinin heyətində 22 (14 kişi və 8 qadın) taekvondoçu yer alıb.

 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin, kişilərdən ibarət milli komandanın baş məşqçisi Reza Mehmandust və böyük məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun rəhbərliyi ilə yarışda iştirak edəcək komandamızın heyəti artıq bəllidir.

 

Belə ki, kişi taekvondoçulardan Səyyad Dadaşov, Rahid Vəliyev (hər ikisi -54 kq), Pərviz İsgəndərov (-58 kq), Xanoğlan Kərimov, Samir Məhərrəmov, Həşim Məhəmmədov (hər üçü -63 kq), Yaşar Məmmədli, Cavad Ağayev (hər ikisi -68 kq), Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Eltac Qafarov (hər üçü -74 kq), Səid Quliyev (-80 kq), Taleh Süleymanov (-87 kq), Radik İsayev (+87 kq) mübarizə aparacaq.

 

Qadınlardan isə Minayə Əkbərova, Sona Ağayeva (hər ikisi -46 kq), Röya Hacıyeva (-49 kq), Patimat Abakarova, Səidə Əliyeva (hər ikisi -53 kq), Fatimə Məcidova (-57 kq), Nuranə İbrahimova (-62 kq), Fəridə Əzizova (-67 kq) dayanq üzərinə çıxacaq.

 

Heyətdə əslən İrandan olan olimpiya mükafatçısı, ikiqat dünya və Avropa çempionu Milad Beiqi yer almayıb. Məsələ ilə bağlı Niyaməddin Paşayevin fikirlərini öyrənmək istəsək də, o, hava limanında çıxan problemlə bağlı bu məsələyə münasibət bildirmək istəmədiyini bildirib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI