İtkin düşən tələbə ilə bağlı AÇIQLAMA

11:30 05-03-2022 | icon 654 | İdman
İtkin düşən tələbə ilə bağlı AÇIQLAMA

“Belə bir Avropa çempionumuz yoxdur”

 

Bakı Dövlət Universitetinin (BDU) Bakıda beş gün əvvəl itkin düşmüş tələbəsi İlkin Qənbərli Azərbaycan Güləş Federasiyasının və millimizin idmançısı olmayıb.

 

Versus.Az xəbər verir ki, BDU-nun Geologiya fakültəsində təhsil alan İlkin Qənbərlinin güləş üzrə dünya və Avropa çempionu, ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında qalib olduğu bildirilir.

 

Federasiyanın mətbuat xidmətinin rəhbəri Sərxan Musalının saytımıza verdiyi açıqlamaya görə, bu tələbənin federasiyaya heç bir aidiyyəti yoxdur:

 

“Ola bilər ki, o, güləşlə məşğul olsun. Ancaq belə bir idmançının peşəkar səviyyədə heç bir uğuru olmayıb. Mətbuatda görürük ki, onu Avropa çempionu kimi təqdim edirlər. Bu, yanlış informasiyadır. Məlumatın yanlışlığı həm də ondan ibarətdir ki, ötən il Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilərin Avropa çempionatı keçirilməyib. Həmin yarış Şimali Makedoniyanın paytaxtı Skopyedə baş tutub və belə bir idmançı heyətdə yer almayıb. Yaxşı olar ki, belə məlumat olanda bizim federasiya ilə əlaqə saxlayıb dəqiqləşdirmə aparılsın”.

 

Qeyd edək ki, məlumata görə, güləşçi tələbə martın 1-də sonuncu dəfə dostları ilə görüşərək Polşaya gedəcəyini deyib. Bundan sonra ondan xəbər olmayıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Şuşa Qlobal Media Forumu bütün dünyanın maraqlarına xidmət edir”

“İravan bilməlidir ki, bu həll edilmədən sülhdən söz gedə bilməz”

Siyasi ŞÜURSUZLUQ

Jurnalistimiz təltif edildi

Beynəlxalq tədbirlərə dəvətlər sıradan dəvət deyil

“Milyardalarla dollar sərmayənin yatırılması ümumi gücümüzü artıracaq”

Ermənistan sərhəddə TƏXRİBAT TÖRƏTDİ

Erməni ordusuna Kəlbəcər ƏMRİ

Bir çoxunun xəbəri olmayan xəstəlik – ÖPÜŞ XƏSTƏLİYİ

Milli Mətbuatımızın qət etdiyi 149 illik TARİXİ YOL

AZAL-dan Naxçıvana uçuşla bağlı YENİLİK

Mindən çox vətəndaş deputat olmaq istəyir

Bu gün Milli Mətbuat Günüdür

DİN Xalq artistinin adı hallanan hadisəni ARAŞDIRIR

Deputatlığa namizədliyi qeydə alınanların SAYI